Vakansiya haqqında
Departament: Layihələrin idarə edilməsi və məhsulların
inkişafı
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat, ofisdə
PROSYS MMC dövlət və özəl təşkilatlarda istifadə olunan FMSpro maliyyə
və mühasibat uçotu proqram təminatını hazırlayır və tətbiq edir. Komandamıza mühasibat təcrübəsini proqram
təminatının inkişafında tətbiq edəcək əməkdaş axtarırıq. Bu vəzifə mühasibat və vergi biliklərini biznes analitik
işi ilə birləşdirir. Siz sifarişçinin ehtiyacını anlayan və onu işləyən sistemə çevirən komandanın bir hissəsi
olacaqsınız.
Əsas vəzifələr
Sifarişçinin nümayəndələri ilə görüşlər aparmaq, onların mühasibat, vergi və
idarəetmə uçotu proseslərini öyrənmək və tələbləri müəyyən etmək;
Biznes tələblərini sənədləşdirmək: texniki tapşırıq, funksional spesifikasiya və texniki
təklif hazırlamaq;
Prosesləri sxemlərlə modelləşdirmək və onların
daha səmərəli olması üçün təkliflər vermək;
Texniki tapşırıqları
proqramçılarla müzakirə etmək və tələblərin icrasını izləmək;
Mövcud sistemləri təhlil etmək və ekspert rəyi vermək;
Biznes tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanmasında iştirak
etmək;
Yeni funksionallığı test etmək və FMSpro-da lazımi ayarları
aparmaq;
Sistemi sifarişçilərə təqdim etmək və istifadəçilərə dəstək
olmaq.
Əsas tələblər
Mühasibat uçotunu qanunvericiliyə uyğun yaxşı bilmək;
Vergi uçotunu və idarəetmə uçotunu bilmək;
Rəsmi hesabatların hazırlanması və təqdim edilməsi qaydalarını
bilmək;
ERP sistemlərinin tətbiqində iştirak və ya ERP üzrə biznes
analitik kimi iş təcrübəsi;
Analitik düşünmə və problemləri həll
etmə bacarığı;
Komandada işləmək, müstəqil qərar vermək,
təşəbbüskalıq kimi bacarıqlara malik olmaq.
Üstünlük sayılır
Proqram təminatının hazırlanma prosesini,Agile və Scrum yanaşmalarını bilmək;
▫️
SQL və ya PL/SQL üzrə ilkin bilik;
Jira, MS Visio, Balsamiq Wireframes kimi alətlərlə iş təcrübəsi; ▫️
Rus və ya ingilis dilində yazışma və ünsiyyət bacarığı;
Biznes ehtiyaclarını texnoloji həllərlə əlaqələndirə bilmək.
Biz sizə nə təklif edirik?
Ölkədə istifadə olunan maliyyə və mühasibat sisteminin inkişafında iştirak
imkanı;
Mühasibatlıqdan biznes analitikə və IT sahəsinə keçid üçün real
təcrübə; ✅ Təcrübəli analitik, proqramçı və test komandası ilə birgə iş;
Peşəkar inkişaf və karyera yüksəlişi;
Bilik və
təcrübəyə uyğun rəqabətli əmək haqqı.
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi |
09:00–18:00
İstirahət günləri: şənbə və
bazar
Əmək haqqı: namizədin bilik və təcrübəsinə
uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Necə müraciət etməli?
CV-nizi mövzu sətrində "Tətbiqçi mühasib" yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin. Yalnız müsahibəyə dəvət olunan namizədlərlə əlaqə saxlanılacaq.
Mühasibat biliyinizi rəqəmsal həllərə çevirən komandaya qoşulun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
