Vakansiya haqqında
Təsvir:
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak
aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Şirkətimizin layihələr üzrə
texniki sənədləşmə və sənəd dövriyyəsi proseslərini müstəqil idarə edəcək, sifarişlərin və sənədlərin düzgün,
vaxtında icrasını təmin edəcək Layihələrdə texniki dəstək üzrə mütəxəssis axtarırıq.
Bu rol sifariş sənədlərinin hazırlanmasına və Aconex sisteminə yüklənilməsinə, elektron
arxivin idarə edilməsinə, sənədlərin son versiyalarının müvafiq tərəflərə çatdırılmasına və layihələr üzrə müntəzəm
LOG ilə həftəlik hesabatların hazırlanmasına cavabdeh olacaq.
Bu vəzifədə uğur qazanmaq üçün sənəd dövriyyəsi və texniki dəstək prosedurlarını praktiki
əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə
məsuliyyət daşımaq bacarığı əsasdır.
Əsas öhdəliklər:
Sifariş və sənəd dövriyyəsinin idarə olunması
Şirkətin fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq sifariş sənədlərinin
hazırlanmasını, Aconex sisteminə düzgün yüklənilməsini və icra prosesini nəzarətdə saxlamaq.
Əməliyyatların texniki məqsədlər üçün düzgün təsnifləşdirilməsini və müvafiq sənədlərlə
əsaslandırılmasını təmin etmək.
Sifarişlərin prosesdə olan nəticələri,
eləcə də layihələr üzrə LOG hesabatlarını və həftəlik hesabatları hazırlamaq və aidiyyəti üzrə
paylaşmaq.
Sənədlərin son versiyasının toplanması, saxlanılması və
izlənilə bilməsini sistemli şəkildə təmin etmək.
Arxiv və məlumat bazasının idarə edilməsi
Şirkətin sistem arxivində sənədlərin saxlanması, qorunması, idarə olunması və
sonrakı proseslərə nəzarət etmək.
İdarə olunan sənədlərin elektron
arxivdə nəzarətini təmin etmək və köhnəlmiş sənədlərin dövriyyədən çıxarılmasına nəzarət etmək.
Sənədlərin qısa zamanda bərpasını təmin etmək üçün bütün sistemləşdirilmiş sənədlərin kompüter
məlumat bazasının mövcudluğunu qorumaq.
Sənədlərin ən son versiyasının
təhlilini aparmaq və bütün müvafiq istifadəçilərə vaxtında çatdırılmasını təmin etmək.
Proseslərin təhlili və daxili nəzarət
Sənədləşdirmə prosesini təhlil etmək, o cümlədən uyğunluq (compliance) və nəzarətin
təmin olunmasını həyata keçirmək.
Şirkətin daxili proseslərinə uyğun
olaraq Sifariş sənəd dövriyyəsi ilə bağlı müəyyən olunmuş qayda və prosedurlara dəqiq riayət
etmək.
Əməliyyatların texniki aspektləri üzrə müvafiq struktur
bölmələrinə dəstək vermək və məlumatlandırmaq.
Sənəd dövriyyəsi
proseslərində səhv riskinin azaldılması və səmərəliliyin artırılması üçün təkmilləşdirmələr təklif
etmək.
Tələblər
İnşaat, mühəndislik, biznesin idarə edilməsi, texniki və ya digər müvafiq ixtisas
üzrə ali təhsil.
Müvafiq sahə (sənəd dövriyyəsi / texniki dəstək /
layihələrin idarə olunması) üzrə minimum 2 il iş stajı.
MS Office
proqramlarını yaxşı, 1C proqramını orta səviyyədə bilmək; Aconex sistemi ilə işləmək bacarığı və AutoCAD proqramı
üzrə biliklər (arzuolunandır).
Yaxşı səviyyədə təşkilatçılıq, problemi
həll etmək, qərarvermə və effektiv ünsiyyət bacarıqları.
Layihə sənəd
dövriyyəsi standartları, elektron arxivləşdirmə və daxili nəzarət prosedurları üzrə praktiki
təcrübə.
Sənəd dövriyyəsi və texniki dəstək proseslərini başlanğıcdan
yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı.
Qeyd: Vakansiya müvəqqəti olaraq analıq məzuniyyətində olan
əməkdaşın yerinə nəzərdə tutulub.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına
dəstək
Rəqabətli əməkhaqqı və bonus
Geniş təminatlı tibbi sığorta
Korporativ loyallıq
proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
