Vakansiya haqqında
İş yeri:Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
Həvalə olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki
sistemlərin fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək;
İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları operativ şəkildə
müəyyən etmək və təmir-bərpa işlərini təşkil etmək;
Planlı
Profilaktik Təmir (PPT) qrafikinə uyğun olaraq təmir işlərinin planlaşdırılmasını və icrasını təmin
etmək;
Təmir işləri üçün tələb olunan ehtiyat hissələri, alət və
materialların vaxtında təmin olunmasına nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin vaxtında
açılmasını təşkil etmək;
Tabeliyində olan təmirçi çilingərlərin
işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək;
Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq, avadanlıqları istismara
təhlükəsiz şəkildə təhvil vermək;
Təmir heyəti tərəfindən əmək
intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət
etmək;
Avadanlıqlarda baş verən nasazlıqların səbəblərini təhlil
etmək, təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq;
Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və
zərurət olduqda hazırlamaq;
İstehsalatda avadanlıqların
məhsuldarlığının və etibarlılığının artırılması istiqamətində təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində
iştirak etmək.
Namizədə tələblər
Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər müvafiq
texniki ixtisaslar üzrə);
İstehsalat müəssisəsində mexanik və ya
baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi;
Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin
biliklər;
Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə
təcrübə;
Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst
oxumaq bacarığı;
Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları
üzrə biliklər;
Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq
bacarıqları;
Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü
ünsiyyət bacarığı.
İş qrafiki:
5 günlük iş qrafiki
İş saatı:
09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin
olunur.
Üstünlüklərimiz:
Nahar
Servis
Könüllü tibbi sığorta
Korporativ nömrə və danışıq
limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mexanik”başlığı
iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
