Vakansiya haqqında
Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru
— nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.
Əsas vəzifələr
Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının
hazırlanması;
Mətn, vizual, Reels və digər qısa video formatlarında
kontentin hazırlanması və paylaşılması;
Meta Business Suite, Business
Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin
təhlili;
Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam
məqsədlərinin düzgün seçilməsi;
Reklam büdcəsinin səmərəli idarə
olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa
videoların hazırlanması;
Foto və video çəkilişlərinin təşkili, çəkilən
materialların montaj və redaktə edilməsi;
Sosial media trendlərinin,
rəqiblərin və bazarın mütəmadi təhlili;
Həftəlik və aylıq nəticə
hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.
Namizədə tələblər
Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;
SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki
bilik;
Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları
seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi
üstünlükdür;
CapCut, Adobe Premiere Pro və ya digər video redaktə
proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
ChatGPT, Gemini,
Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq
bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili
biliyi üstünlükdür;
Müstəqil, sistemli və məsuliyyətli işləmək,
tapşırıqları vaxtında tamamlamaq bacarığı;
Portfolio və əvvəlki layihələr
üzrə real nəticələr təqdim etmək imkanı.
Üstünlük veriləcək
SMM və ya reklam agentliyində iş təcrübəsi;
Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.
İş şərtləri
6 günlük iş qrafiki: 10:00–18:00;
Rəsmi
əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin
olunur;
Əmək haqqı: 500–800 AZN.
Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və
idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələriMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərin.
Mobil: +994 50 270 34 00
WhatsApp: +994 50 277 55 92
İş telefonu: +994 12 441 49 49
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
