Vakansiya haqqında
Vəzifə haqqında:
BEOC Qum adasında yükqaldırma əməliyyatlarının təhlükəsiz və səmərəli həyata
keçirilməsini dəstəkləmək, anbarda saxlanılan yükqaldırma avadanlıqlarının texniki yararlılığına, düzgün
saxlanılmasına, sertifikatlarına və inventarına nəzarət etmək məqsədilə Takelaj təchizatı üzrə
koordinatorvakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə yükqaldırma avadanlıqlarının şirkət
prosedurlarına, sənaye standartlarına və normativ tələblərə uyğun idarə olunmasını əhatə edir.
Əsas vəzifə öhdəlikləri:
Anbarda saxlanılan yükqaldırma avadanlıqlarının və aksesuarlarının texniki
yararlılığına nəzarət etmək.
Avadanlıqların istifadəsindən əvvəl vizual
və dövri yoxlamalarını həyata keçirmək.
Nasaz və istifadəyə yararsız
avadanlıqları aşkar etmək və istismardan çıxarmaq.
Yükqaldırma
avadanlıqlarının qeydiyyatını və inventar reyestrini aparmaq.
Avadanlıqlara aid sertifikatların və digər müvafiq sənədlərin tamlığını və qüvvədə olmasını
təmin etmək.
Yükqaldırma avadanlıqlarının və aksesuarlarının düzgün
saxlanılmasına nəzarət etmək.
Avadanlıqların texniki qulluğunun və
yararlılığının qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə dəstək vermək.
Yükqaldırma avadanlıqlarının və aksesuarlarının anbardan verilməsini və inventar uçotunu
müəyyən edilmiş qaydada təşkil etmək.
Avadanlıqlarda və aksesuarlarda
aşkar edilmiş nasazlıqların araşdırılmasına kömək etmək və müvafiq məlumatları aidiyyəti şəxslərə
çatdırmaq.
İşə başlamazdan əvvəl, iş zamanı və iş başa çatdıqdan sonra
əməyin təhlükəsizliyi qaydalarına riayət etmək.
Tələblər və kvalifikasiyalar:
Təhsil: Orta təhsil və ya ona ekvivalent təhsil; texniki ixtisas üzrə təhsil
üstünlükdür.
Sertifikatlar və təlimlər: LEEA üzrə, yükqaldırma və takelaj
sahəsində səriştə, yükqaldırma avadanlıqlarının yoxlanılması və əməyin təhlükəsizliyi (HSE) üzrə
təlimlər.
İş təcrübəsi: Yükqaldırma avadanlıqlarının idarə olunması,
avadanlıq anbarının fəaliyyəti və ya yükqaldırma əməliyyatları sahəsində 3–5 il iş təcrübəsi.
Texniki bilik və bacarıqlar: Yükqaldırma və takelaj prinsipləri, təhlükəsiz yükqaldırma
qaydaları, yükqaldırma planlarının və yükqaldırma qabiliyyəti cədvəllərinin oxunması, avadanlıqların və
aksesuarların texniki yararlılığının qiymətləndirilməsi, yükün çəkisinin və ağırlıq mərkəzinin müəyyən edilməsi,
yükqaldırma risklərinin qiymətləndirilməsi.
Davranış səriştələri:
Təhlükəsizlik və risk intizamı, davamlı öyrənmə və təkmilləşdirmə, əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük
və hesabatlılıq, insanlara və iş mühitinə qayğı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
