Vakansiya haqqında
Ünvan: Bakı
şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 69 M
"Lallemand" Qrupuna daxil olan
"AZERMAYA" MMC Azərbaycanda çörəkçilik mayasının yeganə istehsalçısı və regional qida sənayesinə mühüm töhfə verən
müəssisədir. Yerli təcrübəni "Lallemand"ın qlobal bilik və bacarıqları ilə birləşdirən şirkət, beynəlxalq
standartlara cavab vermək məqsədilə həm ixrac coğrafiyasını genişləndirməyə, həm də istehsalat müəssisələrini
modernləşdirməyə davam edir.
Bu vəzifədə əsas
öhdəliklər:
Elektrik stansiyaları və transformatorlu elektrik stansiyalarında gərginliyin tam
kəsilməsi, transformatorların, elektrik açarlarının, ayırıcıların və onun birləşmələrinin təftişi ilə sadə işlərin
yerinə yetirilməsi;
Elektrik avadanlığının yüklənməsinin
tənzimlənməsi;
Manometrlə izolyasiyanın vəziyyətinin yoxlanılması, onun
elektrik mühərriklərində, transformatorlarda və kabel şəbəkələrində müqavimətin ölçülməsi;
Güc və işıqlandırıcı elektrik şəbəkələrində, həmçinin elektrik mühərrik-lərində və texnoloji
avadanlığın elektrik sxemində nasazlıqların və zədələn-mələrin aşkar edilməsi və aradan
qaldırılması;
Gərginliyi 1000 V-dan yuxarı olan xətlərin kəsilməsi,
bitişdirilməsi, izolə edilməsi və lehimləndirilməsi;
Mürəkkəb
işıqlandırıcı armaturun sazlanması və ona xidmət edilməsi, lümi-nissentli çıraqların qurulması.
Aşağıdakıları
bilməlidir:
Xidmət edilən sabit və dəyişən cərəyan generatorlarının, elektrik mühərriklərinin,
transformatorların, paylaşdırıcı qurğu aparatlarının, elektrik şəbəkəsi və elektrik cihazlarının, qoruyucuların,
kontaktorların, akkumulyatorların, statistik kondensatorların, nəzarətedicilərin, civəli düzləndiricilərin və s.
quruluşunu;
Yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi fəndini
və üsullarını;
Rele mühafizəsinə qoyulan tələbləri;
Elektrik şəbəkəsində, elektrik maşınının işində nasazlıqların aşkar edilməsi və aradan
qaldırılması üsullarını;
Sönən reostatların, avtotransformatorların,
yarımavtomatla idarə olunan elektrik xətlərinin iş prinsipini;
Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin
müəyyənləşdirilməsini;
Universal və xüsusi ləvazimatın
quruluşunu;
Sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının
quruluşunu;
Əməyin qorunması qayda və normaları, təhlükəsizliyin,
istehsal sanitariya və şəxsi gigiyena, yanğına qarşı təhlükəsizlik qaydaları.
Əlavə
məlumatlar:
Bu vəzifəni tutan şəxs kimə hesabat verməlidir: Birbaşa Baş
energetika
İş yeri: İstehsalat ərazisi; İş vaxtı: hal-hazırda 2 növbəli
iş rejimi: 1-ci növbə 08:00-200:00, nahar 1 saat(12:00-13:00); 2-ci növbə 20:00-08:00, nahar etmək üçün şərait
yaradılır (nahar verilir)
Ailə vəziyyəti: Fərq etməz
Xarici dil bilikləri: Ehtiyac yoxdur
Təhsili: Peşə
(Texniki, elekrik üzrə)
İdealda hansı vərdişə malik olurlar? Diqqətli,
məsuliyyətli və peşəkar
Hansı iş stajına (səriştəyə) malik şəxslərə
üstünlük verilir? 2-3 illik istehsalat təcrübəsi
Bu vəzifədə hansı
keyfiyyət və qabiliyyət tələb olunur (davranış, xarakter xüsusiyyətləri)? Stressə davamlı, kollektivdə işləmək
qabiliyyəti
Hansı distribütor şirkətlərdən və ya tərəfdaş şirkətlərdən
namizəd seçilməsini tövsiyə etmisiniz? Zavod və ya fabrikda işləyən
Namizəd ilə müsahibə keçirilməsi proseduru? İlkin tanışlıq HR müdiri ilə, 1-ci müsahibə Baş
energetik və Texniki şöbənin müdiri ilə, 2-ci müsahibə Baş direktor ilə
Namizədin yaş həddi: 50-55 yaşdan yuxarı olmamaq şərti ilə
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
