Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İşin qısa təsviri
SƏTƏMM üzrə koordinator şirkətin iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik
tələblərinə riayət olunmasına nəzarət edir, təhlükələri müəyyənləşdirir, riskləri qiymətləndirir və onların
azaldılması üçün qabaqlayıcı tədbirlər hazırlayır.
Əsas vəzifələr
Əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət
etmək;
İş yerlərində təhlükələri müəyyənləşdirmək, riskləri
qiymətləndirmək və qabaqlayıcı tədbirlər hazırlamaq;
İşçilər üçün
təhlükəsizlik üzrə təlimlər və təlimatlandırmalar keçirmək;
İş
yerlərinin, avadanlıqların və fərdi mühafizə vasitələrinin yoxlanılmasında iştirak etmək;
İstehsalat hadisələrinin araşdırılmasında iştirak etmək;
Müvafiq hesabatları və təhlükəsizlik sənədlərini hazırlamaq.
Namizədə tələblər
SƏTƏMM və ya əməyin mühafizəsi sahəsində minimum 2 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə
qanunvericilik və normativ tələblərini bilmək;
Əməyin mühafizəsi,
mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil arzuolunandır;
Müvafiq
SƏTƏMM sertifikatlarına sahib olmaq;
Risklərin qiymətləndirilməsi,
təhlükəsizlik təlimlərinin keçirilməsi və hesabatların hazırlanması bacarığı;
Yaxşı ünsiyyət və təşkilatçılıq bacarıqları;
MS
Office proqramlarından istifadə bacarığı;
Dürüstlük, məsuliyyətlilik,
analitik düşüncə və problemləri operativ həll etmək bacarığı.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
