Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
Dil bilikləri- Azərbaycan və
rus dilləri səlis;
Minimum 1 il iş təcrübəsi;
Kompüter bilikləri: MS Office proqram biliyi;
Məsuliyyətlilik, güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata
keçirilməsi;
Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə
təkliflərin hazırlanması;
Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim
etdiyi təkliflərlə tanış edilməsi;
Müxtəlif satış kanalları ilə cəlb
edilən müştərilərin sorğularının cavablandırılması;
Təqdim olunan
bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
Şirkətə
müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət
göstərilməsi;
Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər
barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq
razılaşdırılacaqdır
İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın
adını (Telesatış üzrə kiçik mütəxəssis)qeyd edərək,Müraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərilməsi
xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
