Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Şöbənin fəaliyyətini təşkil və koordinasiya etmək, əməkdaşlar arasında iş bölgüsünü
aparmaq, prioritetləri, fəaliyyət planını və keyfiyyət tələblərini müəyyən etmək;
Risklərin, RCSA vasitəsilə bəyan edilmiş risklərin, risk hadisələrinin, insidentlərin və
əməliyyat itkilərinin idarə edilməsi üzrə daxili qayda, prosedur və metodologiyaların hazırlanmasını və
yenilənməsini təmin etmək;
Risk hadisələri və insidentlər üzrə
məlumatların təqdim edilməsi tələblərini müəyyən etmək, daxil olmuş məlumatların təhlilini, təsnifləşdirilməsini və
sistemdə düzgün qeydiyyatını təmin etmək;
Risk hadisələrinin Basel hadisə
növləri və Bankın təsdiq edilmiş təsnifatına uyğunluğuna, risk səviyyələrinin düzgün qiymətləndirilməsinə və
prioritetləşdirilməsinə nəzarət etmək;
Əhəmiyyətli risk hadisələrinin
səbəblərinin, təsirlərinin, əlaqəli proses və nəzarət boşluqlarının aidiyyəti strukturlarla birgə təhlilini təmin
etmək;
İnsidentlər nəticəsində yaranan risklərin müəyyən edilməsini,
qiymətləndirilməsini və risk reyestrində qeydiyyatını təmin etmək;
Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi Şöbəsi tərəfindən təşkil edilən RCSA
prosesi çərçivəsində bəyan edilmiş risklərin Risklər və Risk Hadisələrinin İdarə Edilməsi Şöbəsinə ötürülməsini və
müəyyən edilmiş müddətlərdə təhlil olunmasını təmin etmək;
RCSA
vasitəsilə bəyan edilmiş risklər üzrə risk və nəzarət sahiblərinin, riskin səbəblərinin, təsirlərinin və aidiyyəti
biznes proseslərinin müəyyən edilməsini təmin etmək;
RCSA riskləri üzrə
məxsusi risk səviyyəsinin, mövcud nəzarət mexanizmlərinin və qalıq risk səviyyəsinin təsdiq edilmiş metodologiyaya
uyğun qiymətləndirilməsini təmin etmək;
RCSA və digər mənbələr vasitəsilə
müəyyən edilmiş risklər üzrə risk sahiblərinin hazırladığı tədbirlər planlarının və icra müddətlərinin
adekvatlığının qiymətləndirilməsini və razılaşdırılmasını təmin etmək;
RCSA nəticəsində qiymətləndirilmiş risklərin risk reyestrində tam və düzgün qeydiyyatını və
nəticələrin yekun RCSA hesabatında əks etdirilməsi üçün Əməliyyat və Tənzimləyici Risklərin İdarə Edilməsi Şöbəsinə
təqdim edilməsini təmin etmək;
Risk və insidentlər üzrə tədbirlər
planlarının icra statusunun izlənilməsini, gecikmə və təkrarlanma hallarının müəyyən edilməsini və əhəmiyyətli
məsələlərin vaxtında eskalasiyasını təmin etmək;
Kök-səbəb təhlillərinin
keyfiyyətini və risk azaldıcı tədbirlərin hadisələrin təkrarlanmasının qarşısını almaq üçün uyğunluğunu
qiymətləndirmək;
Bankın risk reyestrinin aidiyyəti hissəsinin
aparılmasını, risklərin yenidən qiymətləndirilməsini, aktuallığının nəzərdən keçirilməsini, arxivləşdirilməsini və
risk kataloquna uyğunlaşdırılmasını təmin etmək;
Risk və insidentlərin
idarə edilməsi sistemi, risk reyestri, insident və əməliyyat itkiləri bazası üzrə məlumatların, o cümlədən ümumi
itki məbləğinin, bərpa edilmiş məbləğlərin, xalis itkinin, bərpa müddətlərinin, ehtiyatların, silinmiş və
bağışlanmış məbləğlərin tamlığını, düzgünlüyünü və aktuallığını təmin etmək;
Müəyyən edilmiş müddətdə bərpa edilməmiş əməliyyat itkiləri üzrə itki sahibləri tərəfindən
növbəti addımlara dair əsaslandırılmış təkliflərin aidiyyəti səlahiyyətli orqana təqdim edilməsini və qərarların
icra statusunun izlənilməsini təmin etmək; təqdimatın və ya qərarın gecikdirilməsi hallarını Departament direktoruna
və aidiyyəti idarəetmə orqanlarına eskalasiya etmək;
Risk sahibləri üçün
hazırlanmış dashboard-ların strukturunun, funksional imkanlarının, filtrlərinin və vizuallaşdırmalarının inkişafını
və məlumat keyfiyyətinə nəzarəti təmin etmək;
Risk və insidentlərin idarə
edilməsi sisteminin yenilənmiş qayda və proseslərə uyğunlaşdırılmasını, biznes tələblərinin hazırlanmasını və yeni
funksionallıqların sınaqdan keçirilməsini təmin etmək;
Aylıq və rüblük
risk, insident, gecikdirilmiş tədbirlər və əməliyyat itkiləri hesabatlarının düzgün, dolğun və vaxtında
hazırlanmasını və nəticələrin rəhbərliyə təqdim edilməsini təmin etmək;
Mərkəzi Banka təqdim edilən rüblük insident və əməliyyat itkiləri hesabatının qüvvədə olan
tələblərə uyğun hazırlanmasını, yoxlanılmasını və vaxtında təqdim edilməsini təmin etmək;
Risklər, insidentlər və əməliyyat itkiləri üzrə tendensiyaları, təkrarlanan hadisələri,
gecikmiş tədbirləri və yaranmaqda olan riskləri təhlil etmək və nəticələri rəhbərliyə təqdim
etmək;
Risk Sağlamlıq İndeksinin şöbənin fəaliyyətinə aid göstəriciləri
üzrə məlumatların hazırlanmasını və müəyyən edilmiş dövrilikdə təqdim edilməsini təmin etmək;
Risk koordinatorlarına və birinci müdafiə xəttinə metodoloji dəstək göstərilməsini, risklərin
və hadisələrin keyfiyyətli bəyan edilməsinə dair maarifləndirmə tədbirlərinin keçirilməsini təmin
etmək;
Biznes strukturları, ERM, Əməliyyat və Tənzimləyici Risklərin
İdarə Edilməsi, İT və Kiber Risklərin İdarə Edilməsi, Dələduzluq Risklərinin İdarə Edilməsi, Maliyyə, Daxili Nəzarət
və Daxili Audit funksiyaları ilə effektiv əməkdaşlığı təmin etmək;
Şöbənin fəaliyyət sahəsinə aid əhəmiyyətli riskləri, hadisələri, əməliyyat itkilərini, məlumat
keyfiyyəti çatışmazlıqlarını və gecikmiş tədbirləri Departament direktoruna və aidiyyəti idarəetmə orqanlarına
vaxtında eskalasiya etmək;
Şöbə əməkdaşlarının fəaliyyətini
istiqamətləndirmək və qiymətləndirmək, peşəkar inkişafını, bilik mübadiləsini və işlərin davamlılığını təmin
etmək;
Şöbənin fəaliyyətində istifadə edilən məlumatların məxfiliyini,
bütövlüyünü, düzgünlüyünü və aidiyyəti şəxslər üçün əlçatanlığını təmin etmək;
Bankın daxili qayda, siyasət, proses və təlimatlarına, eləcə də əməyin təhlükəsizliyi
tələblərinə əməl etmək;
Müəyyən edilmiş illik və yarımillik hədəflərin
icrasını təmin etmək və birbaşa rəhbər tərəfindən vəzifənin funksional istiqamətinə və səlahiyyətlərinə uyğun
verilən digər tapşırıqları yerinə yetirmək və s.
Tələb olunan bilik, bacarıq və təcrübə
Təhsil: Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, risklərin idarə edilməsi,
riyaziyyat, statistika və ya digər əlaqəli sahə üzrə bakalavr təhsili. Magistr təhsili
üstünlükdür;
İş təcrübəsi: Bank sektorunda risklərin idarə edilməsi,
əməliyyat riskləri, daxili nəzarət, audit, komplayens və ya digər əlaqəli funksiyalar üzrə minimum 5 il, o cümlədən
rəhbər vəzifədə və ya komanda idarəçiliyi üzrə minimum 2 il;
Peşəkar
biliklər: Risk və risk hadisələrinin idarə edilməsi, əməliyyat itkiləri, kök-səbəb təhlili, RCSA risklərinin təhlili
və qiymətləndirilməsi, risk qiymətləndirmə metodologiyaları, Basel hadisə təsnifatı, risk reyestri və tənzimləyici
hesabatlılıq üzrə geniş biliklər;
Əlavə biliklər: Bank və rəqəmsal
bankçılıq məhsulları, biznes prosesləri, daxili nəzarət mexanizmləri, məxsusi və qalıq risk yanaşmaları, əməliyyat
itkilərinin maliyyə və kapital təsiri və Mərkəzi Bankın aidiyyəti tələbləri üzrə biliklər;
Texniki biliklər: Microsoft Excel və PowerPoint proqramları üzrə yüksək səviyyəli biliklər,
məlumatların təhlili və vizuallaşdırılması, risk sistemləri, dashboard-lar və məlumat bazaları ilə işləmək bacarığı.
SQL, proseslərin avtomatlaşdırılması və süni intellekt əsaslı analitik alətlər üzrə biliklər
üstünlükdür;
Xarici dil: İngilis (əla), Rus
(arzuolunandır);
Sertifikatlar: CERM, CRMA, FRM, PRM, CIA, COSO, ISO
31000 və ya əlaqəli sertifikatların olması üstünlükdür;
Şəxsi bacarıqlar:
Analitik və strateji düşünmə, qərarvermə, komanda və proseslərin idarə edilməsi, prioritetləşdirmə, keyfiyyətə
nəzarət, danışıqlar aparma, əsaslandırılmış mövqe bildirmə, maraqlı tərəflərin idarə edilməsi, təqdimat və
dəyişikliklərin idarə edilməsi bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
