Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Ümumi məlumat:
Şəhər mühitinin idarə edilməsi departamenti qoruq ərazilərində memarlıq mühitinin və
tarixi-mədəni irsin qorunması, mühəndis-texniki məsələlərin əlaqələndirilməsi, ərazi və abidələrin monitorinqi,
həyata keçirilən işlərin müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarət istiqamətlərini vahid idarəetmə çərçivəsində
birləşdirir.
Departament müdiri bu istiqamətlər üzrə fəaliyyətin strateji
və operativ idarə edilməsinə, tabeliyində olan struktur bölmələrinin işinin əlaqələndirilməsinə və şəhər mühitinin
davamlı, təhlükəsiz və tarixi-memarlıq xüsusiyyətlərinə uyğun inkişafının təmin edilməsinə cavabdeh
olacaq.
Əsas vəzifə öhdəlikləri:
Memarlıq, mühəndislik və texniki nəzarət, ərazi və abidələrin monitorinqi
istiqamətlərində fəaliyyət göstərən struktur bölmələrinin işini əlaqələndirmək;
Qoruq ərazilərində tarixi-memarlıq mühitinin qorunması, təkmilləşdirilməsi və bədii-estetik
görünüşün yaxşılaşdırılması məqsədilə konseptual təkliflər hazırlamaq, həmçinin təqdim olunmuş təkliflərin
koordinasiyasını və icrasını təmin etmək;
Qoruq ərazilərində həyata
keçirilməsi həyata keçirilən təmir, bərpa, rekonstruksiya, konservasiya və abadlaşdırma ilə bağlı layihə,
layihə-smeta və digər texniki sənədlərin aidiyyəti üzrə baxılmasını, təhlilini və qiymətləndirilməsini təşkil etmək,
müvafiq hesabatların hazırlanılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək.
Görülən işlərin təsdiq edilmiş layihələrə, texniki tələblərə, şəhərsalma və tikinti
normalarına, eləcə də qoruq əraziləri üçün müəyyən edilmiş xüsusi rejimə uyğunluğuna nəzarətin təşkilini təmin
etmək;
Ərazi və abidələrin sistemli monitorinqinin aparılmasını, risk və
pozuntu hallarının vaxtında müəyyən edilməsini və müvafiq tədbirlərin görülməsi üçün təkliflərin hazırlanmasını
təmin etmək;
Tarixi-memarlıq mühitinə və abidələrin təhlükəsizliyinə
təsir edə biləcək müdaxilə və risklərin qiymətləndirilməsini təşkil etmək;
Tamamlanmış işlərin nəticələrinin qiymətləndirilməsi və aidiyyəti üzrə qəbul proseslərində
departamentin iştirakını təmin etmək;
Mühəndis-kommunikasiya sistemləri
ilə bağlı məsələlər üzrə aidiyyəti qurum və təşkilatlarla koordinasiyanı təmin etmək;
Şəhər mühitinin funksionallığının, təhlükəsizliyinin və memarlıq-estetik keyfiyyətinin
yaxşılaşdırılması ilə bağlı təşəbbüs və təkliflər hazırlamaq;
Layihə,
podratçı, mühəndis, ekspert və digər aidiyyəti təşkilatlarla departamentin səlahiyyətləri çərçivəsində effektiv iş
mexanizmlərini qurmaq;
Departamentin fəaliyyət sahəsi üzrə dövlət
qurumları, layihə təşkilatları, podratçılar, ekspert və digər aidiyyəti tərəflərlə effektiv əməkdaşlığı və
koordinasiyanı təmin etmək;
Departamentin fəaliyyət göstəricilərini
müəyyən etmək, icra vəziyyətini izləmək, nəticələri təhlil etmək və rəhbərliyə müvafiq hesabat və təkliflər təqdim
etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətini təşkil etmək, iş
bölgüsünü və nəticəyönümlü idarəetməni təmin etmək, komandanın peşəkar inkişafını dəstəkləmək;
Fəaliyyət istiqamətləri üzrə riskləri müəyyən etmək, qabaqlayıcı tədbirlərin hazırlanmasını və
icrasını təşkil etmək;
Departamentin fəaliyyət istiqamətləri üzrə
strateji və cari fəaliyyətin planlaşdırılması, təşkili və koordinasiyasını təmin etmək;
Qanunvericilikdən, İdarənin Nizamnaməsindən və digər aidiyyəti sənədlərdən irəli gələn
vəzifələrin departamentin fəaliyyət istiqamətləri üzrə icrasını təmin etmək.
Namizədə tələblər:
Memarlıq, şəhərsalma, inşaat mühəndisliyi, mülki mühəndislik və ya vəzifənin
fəaliyyət istiqamətlərinə uyğun digər sahə üzrə ali təhsil;
Müvafiq sahə
üzrə ən azı 7 il iş təcrübəsi, o cümlədən ən azı 3 il rəhbər vəzifədə iş
təcrübəsi;
Şəhərsalma, memarlıq, tikinti, mühəndis-texniki
nəzarət və ya şəhər mühitinin idarə olunması istiqamətlərindən biri və ya bir neçəsi üzrə əsaslı peşəkar bilik və
praktiki təcrübə;
Arzuolunan proqram bilikləri: MS Office proqramları ilə
yanaşı, AutoCAD, Revit, SketchUp və ArcGIS proqramlarından istifadə bacarığı.
Azərbaycan Respublikasının şəhərsalma, tikinti və tarix-mədəniyyət abidələrinin qorunması
sahəsində qanunvericiliyi üzrə biliklər;
Strateji düşünmə, planlaşdırma,
qərarvermə və problem həll etmə bacarıqları;
Dövlət qurumları, podratçı
və layihə təşkilatları və digər maraqlı tərəflərlə yüksək səviyyədə işgüzar münasibətlərin qurulması
bacarığı;
Güclü liderlik, kommunikasiya və təqdimat
bacarıqları;
Azərbaycan dili – sərbəst şifahi və yazılı ünsiyyət
bacarığı, ingilis dili – yaxşı səviyyədə (rus dili üstünlükdür)
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma.
Biz nə təklif edirik?
Azərbaycanın ən unikal tarixi şəhər mühitlərindən birinin qorunması və inkişafında
birbaşa iştirak etmək, şəhər mühitinin gələcəyinə təsir edən layihələr üzərində işləmək və multidissiplinar peşəkar
komandaya rəhbərlik etmək imkanı.
Maraqlanan namizədlərdən CV-lərini “Şəhər mühitinin idarə edilməsi
departamentinin müdiri” mövzusu iləMüraciət
et düyməsində qeyd olunan elektron poçt üzərindən təqdim
etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
