Vakansiya haqqında
Premium avtomobil sektorunda fəaliyyət göstərən şirkət komandamıza Satış üzrə
məsləhətçi vəzifəsinə xanım namizəd axtarır.
Bu vəzifədə satış yalnız avtomobilin təqdim edilməsi və satış prosesinin tamamlanması
deyil. Əsas məqsəd müştəriyə ilk müraciətdən avtomobilin təhvil verilməsinə və satışdan sonrakı ünsiyyətə qədər
yüksək səviyyəli, fərdi və premium xidmət təcrübəsi təqdim etməkdir.
Əsas vəzifələr
Müştəriləri peşəkar şəkildə qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyən
etmək;
Avtomobillər, komplektasiyalar, texnologiyalar və üstünlüklər
haqqında ətraflı və düzgün məlumat təqdim etmək;
Müştərinin ehtiyaclarına
uyğun avtomobil seçimi üzrə fərdi məsləhətlər vermək;
Avtomobillərin
təqdimatını və test sürüşlərini yüksək xidmət standartlarına uyğun həyata keçirmək;
Müştərini ilk müraciətdən satışın tamamlanmasına və avtomobilin təhvil verilməsinə qədər bütün
proses boyunca müşayiət etmək;
Potensial müştərilərlə mütəmadi əlaqə
saxlamaq və məlumatları satış bazasında düzgün idarə etmək;
Mövcud
müştərilərlə uzunmüddətli münasibətlər qurmaq, müştəri loyallığını və təkrar satış imkanlarını inkişaf
etdirmək;
Aylıq və illik satış hədəflərinin (KPİ) yerinə yetirilməsini
təmin etmək;
Əlavə məhsul və xidmətləri müştərilərə təqdim
etmək;
Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin
etmək;
Məhsullar, avtomobil texnologiyaları, bazar tendensiyaları və
rəqiblər haqqında bilikləri daim yeniləmək;
Şirkət tərəfindən keçirilən
məhsul, satış və müştəri xidməti təlimlərində aktiv iştirak etmək;
Beynəlxalq standartlara, müəyyən edilmiş satış proseslərinə, müştəri xidməti tələblərinə və
brend qaydalarına (guidelines) gündəlik fəaliyyətdə tam riayət etmək;
Regional ofisi tərəfindən mütəmadi keçirilən audit və qiymətləndirmələr üzrə müəyyən edilmiş
bütün standart və meyarların davamlı şəkildə yerinə yetirilməsini təmin etmək;
Namizədə tələblər
Ali təhsil;
Yaş:
25-40
Satış və ya müştəri xidməti sahəsində minimum 2 il iş
təcrübəsi;
Avtomobil, premium/lüks məhsul və ya xidmətlərin
satışı üzrə təcrübə üstünlükdür;
Azərbaycan dilində sərbəst danışıq və
yazı bacarığı;
Rus və ingilis dillərini bilmək
üstünlükdür;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq
bacarığı;
Müştərinin ehtiyaclarını düzgün müəyyən etmək və fərdi yanaşma
nümayiş etdirmək bacarığı;
Yüksək xidmət mədəniyyəti və
müştəriyönümlülük;
Satış hədəflərinə və nəticəyə
yönümlülük;
Beynəlxalq xidmət standartlarına və müəyyən edilmiş
prosedurlara dəqiq riayət etmək bacarığı;
Detallara yüksək diqqət,
məsuliyyət və təşkilatçılıq;
Peşəkar görünüş və yüksək ünsiyyət
mədəniyyəti;
Təşəbbüskarlıq və komandada işləmək
bacarığı;
MS Office proqramları ilə işləmək
bacarığı;
B kateqoriyalı sürücülük
vəsiqəsi.
Biz nə təklif edirik?
Premium avtomobil sektorunda beynəlxalq standartlara uyğun peşəkar iş
mühiti;
Stabil əmək haqqı və satış nəticələrinə əsaslanan bonus
sistemi;
Beynəlxalq standartlara uyğun məhsul, satış və müştəri xidməti
təlimləri;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və peşəkar komandanın bir hissəsi olmaq imkanı.
Əmək haqqı 1000 AZN və satışdan bonus.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə məsləhətçi”
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
