Vakansiya haqqında
ADIS Azerbaijan şirkətinin istehsalat bölməsinə anbar işlərinin təşkili
və materialların uçotu üzrə təcrübəli Anbardar axtarırıq.
Vəzifə öhdəlikləri:
Anbara daxil olan xammal, material və hazır məhsulları sənədlər əsasında qəbul
etmək, miqdarını və vəziyyətini yoxlamaq;
Məhsul və materialların düzgün
yerləşdirilməsini və təhlükəsiz saxlanılmasını təmin etmək;
İstehsalata
verilən materialların və istehsalatdan qəbul edilən hazır məhsulların uçotunu aparmaq;
Anbar üzrə giriş-çıxış əməliyyatlarını vaxtında qeydiyyata almaq və müvafiq sənədləri
rəsmiləşdirmək;
Sifarişlər üzrə məhsulların hazırlanmasını və təhvil
verilməsini təşkil etmək, yükləmə-boşaltma işlərinə nəzarət etmək;
Anbar
qalıqlarını izləmək və material çatışmazlığı barədə vaxtında məlumat vermək;
İnventarizasiyada iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə
üzləşdirmək;
Zədələnmiş və uyğunsuz materialların ayrıca saxlanılmasını
təmin etmək, aşkar edilmiş fərqlər barədə rəhbərliyə məlumat vermək;
Anbarda səliqə-sahmana və təhlükəsizlik qaydalarına riayət etmək.
Namizədə tələblər:
Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi;
İstehsalat müəssisəsində anbar işi üzrə təcrübə üstünlükdür;
Malların qəbulu, saxlanılması, buraxılışı və inventarizasiyası üzrə praktiki
biliklər;
Anbar sənədləri və mal-material uçotu ilə işləmək
bacarığı;
Kompüter və Excel bilikləri; 1C və ya digər anbar uçotu
proqramında iş təcrübəsi üstünlükdür;
Sayım və hesablamalarda dəqiqlik,
təşkilatçılıq və komandada işləmək bacarığı;
Məsuliyyətlilik, dürüstlük
və maddi dəyərlilərin qorunmasına diqqətli yanaşma.
İş şəraiti:
Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı
razılaşdırılır;
Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Anbardar”
qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
