Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü
ABV.az komandamıza məsuliyyətli, dəqiq və operativ işləmə bacarığına
malik Kateqoriya üzrə operator axtarır!
Vəzifə öhdəlikləri
Məhsulların kateqoriyalar üzrə sistemdə düzgün qeydiyyatını və təsnifatını həyata
keçirmək;
Məhsullara aid məlumatların (ad, kod, qiymət, kateqoriya və
digər göstəricilər) informasiya sisteminə daxil edilməsini təmin etmək;
Məhsul bazasının mütəmadi yenilənməsi və məlumatların düzgünlüyünə nəzarət
etmək;
Yeni məhsulların sistemə əlavə edilməsi və mövcud məhsul
məlumatlarının redaktə olunmasını həyata keçirmək;
Məhsul çeşidləri,
qiymət dəyişiklikləri və kateqoriyalar üzrə məlumatları izləmək;
Kateqoriya üzrə məsul şəxslərlə əməkdaşlıq edərək məlumatların vaxtında yenilənməsini təmin
etmək;
Məhsul məlumatlarında yaranan uyğunsuzluqları müəyyən etmək və
aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
Kateqoriyalar və
məhsul bazası üzrə gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək;
Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra
etmək.
Namizədə tələblər
Ali və ya orta ixtisas təhsili;
Müvafiq
sahədə iş təcrübəsi arzuolunandır;
MS Office proqramları, xüsusilə
MS Excel üzrə yaxşı biliklər;
Məlumatların daxil
edilməsi və elektron bazalarla işləmək bacarığı;
Azərbaycan və rus
dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Dəqiqlik,
məsuliyyətlilik və detallara diqqət;
Analitik düşünmə və operativ
qərarvermə bacarığı;
Komandada işləmək və vaxtı düzgün idarə etmək
bacarığı.
İş şəraiti
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək
müqaviləsi;
Stabil və peşəkar iş mühiti;
Karyera və peşəkar inkişaf imkanları;
Əməkhaqqı
müsahibə əsasında müəyyən edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə
operator” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
