Vakansiya haqqında
İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri və namizədə dair tələblər:
Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında
aparılması;
Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının
vaxtlı-vaxtında və qanunvericiliyə uyğun şəkldə düzgün hazırlayıb təqdim etmək;
Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim
etmək;
Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini
koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.
Mühasibat uçotu və
audit, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
Mühasibatlıq sahəsində minimum 5 (beş) il iş təcrübəsi (daşınmaz əmlak sahəsində təcrübə
üstünlükdür);
Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə
əmlak sektorunda vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə biliklər
(Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), əmlak vergisi və mükəlləfiyyət üzrə digər əlaqəli vergi
bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə bilik, təcrübə və
bacarıqlar);
1C və ya hər hansı digər ERP sistemlərində
(mühasibatlıqproqramlarında) sərbəst işləmə bacarıqları: məlumatların verilməsi, işlənilməsi,
təhlili və hesabatlılıq bacarıqları;
MS Office proqramları, xüsusilə MS
Excel proqramında təkmil bilik və təcrübə;
Elektron dövlət informasiya
sistemləri, internet bankçılıq və digər portallarda işləmək bacarığı;
Mühasibatlıq sahəsində yerli və beynəlxalq sertifikatların (PMS / MHBS / ACCA / CPA) olması
üstünlükdür.
Mühasibat və vergi uçotunun mövcud qanunvericiliyə uyğun
qaydada təşkili və aparılması;
İlkin mühasibat sənədlərinin yoxlanılması
və uçota alınması;
Bank, kassa, alış, satış, idxal və anbar
əməliyyatlarının uçotunun aparılması;
Əsas və müşayiətedici bütün növ
sənədləşmənin, müqavilələrin maliyyə və vergi şərtlərinin yoxlanılması və maliyyə və mühasibatlıq işi ilə əlaqəli
kargüzarlığın aparılması;
DSMF, statistika, məşğulluq və digər dövlət
qurumlarına hesabatların təqdim olunması, əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin,
işçilərin əməkhaqqından vergi və sosial ödənişlərin düzgün hesablanması;
Debitor və kreditor borcların uçotu, üzləşmə aktlarının hazırlanması;
Təchizatçılarla hesablaşmalar və ona nəzarət;
İdxal
əməliyyatları, gömrük sənədlərinin və malların maya dəyərinin, əsas vəsaitlərin, inventarların və materialların,
anbar qalıqlarının uçotu və inventarizasiya prosesinə nəzarət;
Şirkətin
aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması – Mənfəət və Zərər, Nağd vəsaitlərin (pulun) hərəkəti və
Balans və kapitalda dəyişikliklər kimi başlıca hesabatların hazırlanması;
Məhsul və xidmətlərin maya dəyərinin hesablanması;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi;
Vergi yoxlamaları və audit proseslərində şirkətin təmsil olunması;
Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət
etmək;
Komandada işləmək və rəhbərliyə hesabatlar təqdim etmək
bacarığı.
İş barədə məlumat
Əmək haqqı: 2,500 AZN
İş yeri: Bakı, Şəmsi Rəhimov küç, 1A.
İş vaxtı: 5 (beş) günlük iş qrafiki
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
