Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Supertoys

Reels maker/Mobiloqraf

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Supertoys komandamıza yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən və Sosial şəbəkələrdə aktiv kontent yarada biləcək Video məzmun yaradıcısıaxtarırıq. Vəzifə öhdəlikləri: Sosial media üçün gündəlik kontent videolarının hazırlanması və çəkilişində iştirak etmək; Kamera qarşısında məhsulların və kampaniyaların təqdimatını etmək; Trend olan kontentləri izləmək və mövcud məhsulları trendlərə uyğunlaşdırmaq; Kreativ video ideyalarının hazırlanmasında iştirak etmək; Şirkət məhsullarını cəlbedici və satış yönümlü formada təqdim etmək; Sosial şəbəkə canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı etmək; Video çəkiliş prosesində komanda ilə əməkdaşlıq etmək; Paylaşılan kontentlər üçün performansın artırılmasına dəstək vermək. Tələblər: Yaş: 18-28 Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı; Trendlər və qısa video formatları haqqında anlayış; Kreativ düşüncə və improvizasiya bacarığı; Aktiv, enerjili və kommunikativ olmaq; Satış yönümlü təqdimat bacarığı; Canlı yayımların aparılması Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür). Üstünlükdür: TikTok və ya Instagram Reels kontent təcrübəsi; Portfolio CapCut və ya digər montaj proqram biliyi; Influencer və ya creator təcrübəsi; Canlı yayım (TikTok Live) təcrübəsi; Uşaq məhsulları və ya pərakəndə sahədə təcrübə. Təklif edilən şərtlər: İş qrafiki: Tam iş günü 6 günlük iş rejimi Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat Karyerada yüksəlmək imkanı Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq Bu sahədə təcrübəsi olmayan, lakin özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər. Mövzu hissəsində Video məzmun yaradıcısı qeyd edərək şəkilli CV-niziMüraciət etdüyməsində qeyd lunan elektron poçt ünvanına göndərin. Əlaqə: 055-214-22-63

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.