Vakansiya haqqında
Təsvir
Müştərilərin istəklərinə uyğun fərdi mətbəx və dolab dizaynlarının müvafiq
proqramlarda hazırlanması və təqdim edilməsi;
Dizayn prosesində keyfiyyət
və konstruktiv xüsusiyyətlər nəzərə alınmaqla müştəri məmnuniyyətinin təmin edilməsi;
Yeni mebel modellərinin hazırlanması, təkmilləşdirilməsi və keyfiyyətli renderlərinin
işlənməsi;
Məhsulların hazırlanmasında istifadə olunan materiallar və
aksesuarlar haqqında məlumatlı olmaq;
Komanda ilə əməkdaşlıq edərək
layihələrin vaxtında və yüksək keyfiyyətlə tamamlanması;
Dizayn
sahəsindəki yeniliklərin izlənilməsi və iş prosesində tətbiq edilməsi;
Sosial media platformalarında paylaşılacaq məhsullar üçün keyfiyyətli renderlərin
hazırlanması;
Birbaşa və ya ümumi rəhbər tərəfindən vəzifə öhdəliklərinə
uyğun olaraq verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə təhsil
üstünlükdür);
Mebel dizaynı sahəsində 2 ildən artıq iş
təcrübəsi;
AutoCAD, 3ds Max və digər müvafiq dizayn proqramlarında yüksək
səviyyədə işləmə bacarığı;
3D modelləmə, render və vizuallaşdırma
bacarıqları;
Mebel istehsalında istifadə olunan materiallar, aksesuarlar
və konstruktiv həllər haqqında biliklər;
Texniki çertyojları oxumaq və
onlarla işləmək bacarığı üstünlükdür;
Tapşırıqları operativ və
keyfiyyətli şəkildə yerinə yetirmək bacarığı;
Kreativ düşüncə və
yenilikçi yanaşma;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq
bacarığı;
Microsoft Office (Word, Excel, PowerPoint və Outlook)
proqramlarında işləmə bacarığı.
İş şəraiti
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00;
Əmək haqqı: 1200 AZN Gross;
İş yeri: Bakı şəhəri,
Binəqədi rayonu.
Qeyd: Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz
edilməsi məqsədilə 6 aylıq müddətə açılmışdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
