Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TuranBank ASC

Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri Biznes problemlərinin analitik məsələlərə çevrilməsi; Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması; SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi; Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi; Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak. Namizədə dair tələblər Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil; SQL üzrə yüksək səviyyədə biliklər; Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı; Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər; Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları; Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı; Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı. İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində). ​​​​​​​Üstünlük verilir: Bank və ya maliyyə sektorunda iş təcrübəsi; Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər; Data anbarı və data modelləri üzrə biliklər. VakansiyayaMüraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.