Vakansiya haqqında
Biz premium kosmetika sahəsində enerjili və müştəriyönümlü mütəxəssis
axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştərilərə məsləhət vermək və onların ehtiyaclarına uyğun məhsullar
seçmək
Məhsulların təqdimatını və mini-servisləri həyata
keçirmək
Müştərilərə səmimi, fərdiləşdirilmiş xidmət göstərmək və
ilhamverici alış təcrübəsi yaratmaq
Satış və müştəri cəlbetmə hədəflərinə
nail olmaq
Satış nöqtəsində yüksək səviyyəli vizual merchandayzinq
standartlarını qorumaq
Brendin xüsusi aksiyalarında və tədbirlərində
iştirak etmək
Tələblər:
Beauty retail sahəsində təcrübə arzuolunandır (Beauty Advisor / Makeup Artist /
Beauty Consultant və s.)
İnsanlarla ünsiyyəti sevmək, dinləmək, ilham
vermək və müştərini maarifləndirmək bacarığı
Aktivlik, təşəbbüskarlıq və
dinamik mühitdə işləməyə hazırlıq
Ünsiyyətcillik və səliqəli, baxımlı
görünüş
Dəyişən qrafiklə (həftəsonu və axşam növbələri daxil olmaqla)
işləməyə hazırlıq
Dil bilikləri (mütləqdir):
Azərbaycan dili – sərbəst
Rus dili –
sərbəst
İngilis dili – müştərilərlə ünsiyyət səviyyəsində (intermediate
və yuxarı)
Biz təklif edirik:
Premium brendlərlə işləmək imkanı
Məhsullar və satış texnikaları üzrə təlimlər
Müasir
və peşəkar iş mühiti
KPI və bonus sistemi
Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
Əmək haqqı: 800 Azn + bonus
Maraqlanan şəxslər CV-ni mövzu hissədə vakansiyanın adını qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına və ya (055)224-43-45 (whatsapp) nömrəsinə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
