Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Az-Tex-İmport MMC

Satış assistenti (Sahə üzrə / Təcrübə tələb olunmur)

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

İş barədə məlumat: İş qrafiki: 6 günlük iş həftəsi; İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063; Əmək haqqı:600 – 700 AZN (Fix maaş + performansa uyğun satış bonusları); Təcrübə prosesi: İş prosesi satış sahəsi üzrə məsul şəxs (mentor) tərəfindən sıfırdan addım-addım tədris ediləcək və namizədə tam istiqamət veriləcəkdir. Əsas Öhdəliklər: Potensial müştərilərlə ilk təmasın qurulması (soyuq satışların həyata keçirilməsi); Müştərilərlə görüşlərin təşkili və xidmətlərin/məhsulların yerində peşəkar təqdimatı; Satış hədəflərinin yerinə yetirilməsi və gündəlik hesabatların hazırlanması. Namizədə dair tələblər: Yaş həddi: 18 – 24 yaş (Gənclərə üstünlük verilir); Cins: Kişi namizədlərə üstünlük verilir; Sürücülük vəsiqəsi: B və C kateqoriyası (mütləqdir); Dil bilikləri: Azərbaycan dilində səlis danışıq, Rus dili bilməsi üstünlükdür; Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və inandırma bacarığı, kollektivlə işləməyə həvəsli, satış sahəsində karyera qurmaq istəyən gənclər. Biz nə təklif edirik? Satışın sirlərini sıfırdan öyrənə biləcəyiniz ödənişsiz daxili təlimlər; Performansa bağlı olaraq dinamik artan gəlir imkanı; Stabil iş, rəsmi qeydiyyat və gənc kollektiv. Satış sahəsində özünü inkişaf ettirmək və bizimlə bərabər qazanmaq istəyən gənclər CV-lərini mövzu hissəsində "Satış assistenti" qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Qeyd: Vakansiya təcrübəsiz, lakin öyrənməyə, sahəyə çıxmağa və aktiv satış etməyə həvəsli olan namizədlər üçün açıqdır!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.