Vakansiya haqqında
İş şəraiti
Ünvan: Qum Adası, Bakı, Azərbaycan
İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə təmin olunur (işə
gediş-gəliş)
Vəzifə haqqında
Sürücü Avtokran Maşinisti vəzifəsinin məqsədi sahə/baza və tikinti/anbar
ərazilərində avtokran və Manitou (teleskopik yükləyici) vasitəsilə qaldırma, yükləmə-boşaltma və yüklərin yerinin
dəyişdirilməsi əməliyyatlarının fasiləsiz və təhlükəsiz icrasının təmin edilməsi, avadanlığın saz vəziyyətdə
saxlanılması, yükqaldırma planına/iş icazəsinə (PTW), istehsalçı təlimatlarına və HSE tələblərinə tam riayət
edilməsidir.
Əsas vəzifə öhdəlikləri
Verilmiş tapşırıqlara uyğun olaraq avtokran və Manitou ilə yüklərin və
avadanlıqların qaldırılmasının, yüklənməsinin, boşaldılmasının və yerinin dəyişdirilməsinin həyata
keçirilməsi.
İşə başlamazdan əvvəl və iş sonunda avadanlığın
gündəlik texniki baxışının aparılması (tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku,
buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.).
İş
zonasının qiymətləndirilməsi: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və
insanların təhlükəsiz məsafəsi; tələb olunan qoruyucu zonaların və xəbərdarlıq nişanlarının təmin
edilməsi.
Avtokranın quraşdırılmasının təhlükəsiz icra edilməsi:
səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın
səviyyəyə gətirilməsi.
Yükqaldırma əməliyyatlarının yalnız təsdiqli
yükqaldırma planı, siqnalçı rəhbərliyi və təhlükəsizlik qaydalarına uyğun icra edilməsi; icazə verilən yükqaldırma
qabiliyyətinin aşılmamasının təmin edilməsi.
Stroplama və rigging
avadanlıqlarının (sapan, şakel, qarmaq, traverz və s.) sertifikatlı və saz olmasının yoxlanılması; zədələnmiş
avadanlıqdan istifadə edilməməsinin təmin edilməsi.
Yükün
balansını, buomun çıxıntısını və dönmə/uzatma bucaqlarını nəzərə alaraq qaldırma, fırlatma, teleskoplama və endirmə
əməliyyatlarının rəvan və təhlükəsiz icra edilməsi; külək və digər məhdudiyyətlər olduqda işin
dayandırılması.
Manitou ilə yük daşıyarkən yükün mümkün qədər
aşağıda saxlanılması, sürət limitlərinə riayət edilməsi, dönmələrin ehtiyatla edilməsi və maili səthlərdə istehsalçı
limitlərinin aşılmamasının təmin edilməsi.
Avadanlığın sahə
daxilində və ya obyektlər arasında hərəkətinin/daşınmasının təhlükəsiz təşkil edilməsi: buomun bərkidilməsi,
qarmağın sabitlənməsi, əlavə avadanlığın bağlanması və yol hərəkəti qaydalarına riayət
edilməsi.
Nasazlıq, qeyri-standart səs/sızma, aşma riski və ya
digər təhlükəli vəziyyətlərdə işin dərhal dayandırılması, ərazinin təhlükəsizləşdirilməsi və rəhbərliyin/HSE-nin
məlumatlandırılması.
Gündəlik yoxlama vərəqləri, yükqaldırma
əməliyyat qeydləri, yürüş/yanacaq və texniki xidmət barədə hesabatların düzgün aparılması və vaxtında təqdim
edilməsi.
Avadanlığın təmizliyinin, sazlığının və texniki xidmət
qrafikinə uyğun qulluq tədbirlərinin təmin edilməsi.
Kvalifikasiya tələbləri:
Orta ixtisas və ya peşə təhsili
Avtokran
şassisinin idarəsi üçün müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
Avtokran operatoru və Manitou (teleskopik yükləyici) operatoru üzrə
təlim/sertifikat
Avtokranın və Manitou-nun quruluşu, idarəetmə
sistemləri, hidravlik və elektrik hissələri; stabilizatorların və təhlükəsizlik sistemlərinin iş prinsipi üzrə
biliklər
Yükqaldırma qabiliyyət cədvəllərinin (load chart), iş
radiusunun, buom bucağı/uzunluğu və asqı konfiqurasiyalarının hesablanması və tətbiqi
Rigging/stroplama avadanlıqları, siqnal qaydaları (hand signals/radio), təhlükəli zonaların
təşkili və qaldırma əməliyyatlarının təhlükəsiz icrası
PTW, LOTO və
obyekt daxili prosedurlar; elektrik xətləri yaxınlığında iş, külək məhdudiyyətləri və aşma risklərinin idarə
olunması
Gündəlik inspeksiya, nasazlıqların ilkin diaqnostikası,
yağlama/servis tələbləri və istehsalçı təlimatlarına uyğun istismar
Damba
yolu və məhdud sahə ərazilərində hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər
Təklif edirik:
Peşəkar inkişaf və davamlı öyrənmə imkanları.
Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı.
Şirkət tərəfindən nəqliyyat xidməti.
Rahat və
komanda yönümlü iş mühiti.
Rəqabətədavamlı əmək haqqı və sosial
paket.
Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə
saxlanılacaq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
