Vakansiya haqqında
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik və qaz
qaynaqçısı” vəzifəsinə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur
qəsəbəsi,
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən
ediləcəkdir.
İş şəraiti
Tam sosial təminat (məzuniyyət və
s.)
5 günlük iş həftəsi
Nahar fasiləsi: 12:00-13:00
Nahar müəssisə tərəfindən təmin edilir.
Vəzifə öhdəlikləri
Transformator və elektrik avadanlıqlarının
istehsalı zamanı tələb olunan elektrik qövs və qaz qaynaq işlərini yerinə yetirmək;
Transformatorların və digər elektrik avadanlıqlarının
metal konstruksiyalarının, çənlərinin, korpuslarının və müxtəlif metal hissələrinin qaynaq işlərini həyata
keçirmək;
Qaynaq ediləcək
metal səthləri işə hazırlamaq, təmizləmək və qaynaq üçün uyğun vəziyyətə gətirmək;
Texniki çertyoj, sxem və istehsalat tapşırıqlarına
uyğun qaynaq işlərini icra etmək;
Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini vizual olaraq yoxlamaq, aşkar
edilmiş qüsurları aradan qaldırmaq;
Metal hissələrin ölçülərinə və konstruktiv tələblərə uyğun qaynaq edilməsini təmin
etmək;
Qaynaq aparatları,
qaz balonları, elektrodlar, kabellər və digər qaynaq avadanlıqlarından düzgün istifadə
etmək;
Qaynaq işləri zamanı
avadanlıqların texniki sazlığını yoxlamaq və nasazlıqlar barədə rəhbərliyə məlumat
vermək;
İstehsalat
prosesində istifadə olunan materiallara qənaətlə və təyinatına uyğun yanaşmaq;
İş zamanı əməyin mühafizəsi, texniki və yanğın
təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək;
İş sahəsinin təmiz və təhlükəsiz vəziyyətdə
saxlanılmasını təmin etmək;
Rəhbər tərəfindən verilən istehsalat tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə
yetirmək.
Tələblər:
Elektrik və qaz qaynaqçısı ixtisası üzrə peşə təhsili və ya müvafiq sertifikatın
olması;
Qaynaqçı kimi minimum 2 il iş təcrübəsi;
Elektrik qövs və qaz qaynağı üzrə praktiki bacarıqlar;
Metal konstruksiyalar, metal çənlər, korpuslar və digər metal hissələrlə işləmə
bacarığı;
Texniki çertyoj və sxemləri oxumaq
bacarığı;
Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək
bacarığı;
Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və qüsurları
müəyyənləşdirmək bacarığı;
Əməyin mühafizəsi, texniki və yanğın
təhlükəsizliyi qaydaları haqqında bilik;
İstehsalat mühitində işləməyə
uyğunlaşmaq və fiziki işlərə davamlı olmaq;
Məsuliyyətli, diqqətli və
intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Namizədin şəxsi keyfiyyətləri:
Məsuliyyətli və intizamlı olmaq;
Diqqətli
və dəqiq işləmək;
İşə ciddi və peşəkar yanaşma;
Texniki detallara qarşı diqqətli olmaq;
Komandada
işləmək bacarığı;
Operativ və çevik qərar qəbul
etmək;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə
yetirmək;
Təhlükəsizlik qaydalarına riayət etmək;
Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq;
Stressli və intensiv iş şəraitində işləyə bilmək;
İş prosesində səliqəli və nizamlı olmaq;
Fiziki iş
şəraitinə uyğunlaşa bilmək.
Bu vəzifəyə müraciət etmək üçün CV-niMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik və qaynaqçısı” Mövzu bölməsində
göstərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
