Vakansiya haqqında
Struktur bölməsi: Müvafiq kafedra
Bilavasitə tabe olduğu şəxs: Müvafiq kafedranın müdiri
Əmək funksiyası
Müvafiq qaydalara uyğun olaraq fənni tədris etmək;
Tədris etdiyi fənn (fənlər) üzrə tədris prosesində innovativ təlim texnologiyalarından
istifadə etmək, elektron tədris resurslarını yaratmaq;
Tələbələri
maarifləndirmək, onlarla təlim-tərbiyə işləri aparmaq;
Kafedra
iclaslarında mütəmadi olaraq iştirak etmək;
Tələbələrin tədqiqat
işlərinə istiqamət vermək;
Sillabusları, illik işçi planlarını,
imtahan biletlərini vaxtında hazırlamaq və kafedra müdirinə təqdim etmək, imtahan cavablarını
qiymətləndirmək;
Dekanlığın müəyyən etdiyi vaxtlarda kollokviumların
keçirilməsini təmin etmək;
Müvafiq qaydalara uyğun olaraq tədris
etdiyi fənn (fənlər) üzrə jurnallarda qeydiyyatı düzgün və vaxtında aparmaq (tələbələrin davamiyyətinin yoxlanılması
və buna dair jurnalda müvafiq qeydlərin aparılması, mövzuların sillabusa uyğun olaraq qeyd edilməsi, jurnalda
düzəlişlərin edilməməsi və onun səliqəli yazılması), dərs bitdikdən sonra jurnalı aidiyyəti dekanlığa təhvil
vermək;
Həftəlik dərs günlərinin sayı miqdarında həftəlik imtahan
nəzarətində iştirak etmək;
Tədris etdiyi fənn (fənlər) üzrə tələbələrin
müstəqil işlərini planlaşdırmaq və təşkil etmək;
Tələbə elmi-tədqiqat
işlərinə rəhbərlik etmək;
Elmi-tədqiqat işləri ilə məşğul olmaq, elmi
konfranslarda və universitetin təşkil etdiyi digər tədbirlərdə iştirak etmək;
Tədqiq sahəsi üzrə ən azı bir respublika və ya beynəlxalq simpoziumlarda, konfranslarda,
müşavirələrdə real iştirak etmək və ən azı bir elmi jurnalda məqalə çap etdirmək;
Elmi-tədqiqat işlərinə və dissertasiyalara rəy vermək;
İstehsalat təcrübəsinə rəhbərlik etmək;
Universiet
tərəfindən müəyyən olunmuş qaydada imtahanın gedişinə nəzarət emək (imtahan
nəzarətçisi);
İxtisasına uyğun olaraq tədris etdiyi fənlərin
mühazirələrini, proqramlarını, dərs vəsaitlərini, metodiki işlərini hazırlamaq;
Tədris ilinin yekununda fərdi və illik iş planı üzrə hesabat təqdim etmək;
Bilməlidir
Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və
proqramlarını;
Tələbələrlə işin təşkili (ünsiyyətin qurulması),
tələbələrlə tərbiyə işinin aparılmasını;
Vəzifə tələbləri:
Dil bilikləri:
Qeyd: Xarici dil fənninin tədrisi, habelə xarici dildə tədris olunan fənlər
üçün müvafiq xarici dil səviyyəsi:
İngilis dili -İELTS
sertifikatı (ən azı 6,5 bal) və ya ingilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət
sertifikatı;
Alman dili - TEST DAF (ən azı 6 bal);
Fransız dili -Test de Connaissance du Français (TCF) C2 (600-699
bal).
Elmi dərəcəsi olanlar üçün: Bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan
fəlsəfə doktorları (elmlər namizədləri).
Elmi dərəcəsi olmayanlar üçün: Ən azı 5 illik elmi-pedaqoji stajı (yaxud müvafiq sahə
üzrə istehsalat təcrübəsi), magistr dərəcəsi və çap olunmuş elmi-metodiki işləri (məqalə, tezis, proqram) olan
yüksək ixtisaslı mütəxəssislər.
Sertifikatlar:
Təhsil sahəsində beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)
Kompüter bilikləri:
MS ofis proqramları
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
