Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
DDF MMC-nin elektrik avadanlıqlarının təhlükəsiz və etibarlı istismarını təmin
etmək.
Yarımstansiyaların, transformatorların, paylayıcı qurğuların,
kabel və hava xətlərinin, elektrik mühərriklərinin və digər elektrik avadanlıqlarının gündəlik texniki vəziyyətini
yoxlamaq.
Elektrik avadanlıqlarının cari və planlı texniki xidmət və
təmir işlərinin icrasını həyata keçirmək.
Elektrik qurğularında operativ
açma və söndürmə əməliyyatlarının təsdiq edilmiş sxem və təhlükəsizlik qaydalarına uyğun aparılmasını həyata
keçirmək.
Elektrik qurğularında təmir və digər işlərin təhlükəsiz yerinə
yetirilməsi üçün iş yerinin hazırlanmasını və işçilərin təhlükəsizliyini təmin etmək.
Qəza-bərpa işləri zamanı elektrik işçilərinin fəaliyyətini sahədə koordinasiya
etmək.
Elektrik avadanlıqlarının yüklənməsinə, temperaturuna,
gərginliyinə, cərəyanına və digər iş parametrlərinə nəzarət etmək.
Elektrik avadanlıqlarında planlı baxışların, ölçmələrin və sınaqların vaxtında aparılmasını
həyata keçirmək.
Rele mühafizəsi, avtomatika, ölçü cihazları və digər
mühafizə vasitələrinin işlək vəziyyətinə nəzarət etmək.
Elektrik
avadanlıqlarının istismar jurnallarının və növbə üzrə texniki qeydlərin düzgün aparılmasını təmin
etmək.
Elektrik təsərrüfatında istifadə olunan alət, cihaz, fərdi
mühafizə vasitələri və digər texniki vasitələrin saz vəziyyətdə saxlanılmasına təmin etmək.
Elektrik işçilərinin elektrik təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət
etmək.
Elektrik avadanlıqlarının istismarı zamanı yaranan texniki
problemlər barədə Baş energetikə vaxtında məlumat vermək.
Elektrik
təsərrüfatında qəza və nasazlıqların qarşısının alınması məqsədilə sahədə müəyyən edilmiş çatışmazlıqların aradan
qaldırılmasını təmin etmək.
Elektrik təsərrüfatına aid texniki
sənədlərin, sxemlərin, avadanlıq pasportlarının və istismar sənədlərinin sahədə düzgün saxlanılmasını təmin
etmək.
Elektrik avadanlıqlarında işlərin görülməsi zamanı tələb olunan
təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək.
Elektrik
təsərrüfatında baş vermiş qəza, nasazlıq və avadanlıq sıradan çıxmaları barədə ilkin məlumat və hesabat
hazırlamaq.
Baş energetik tərəfindən verilən elektrik təsərrüfatı ilə
bağlı tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Ali təhsil (Elektrik mühəndisliyi, Energetika və ya Avtomatlaşdırma
sahəsi));
Minimum 3 il iş təcrübəsi (Energetika və ya Ağır Sənaye sahəsi
üzrə iş təcrübəsi:
Elektrik avadanlıqlarının istismarı və təmiri
(Transformatorlar, Yüksək/Alçaq gərginlik xətləri);
Müvafiq
qanunvericilik aktları və normalarını bilməli;
Əla səviyyədə Azərbaycan
dili biliyi;
Microsoft Office və AutoCad proqramları üzrə kompüter biliyi
;
Digər məlumatlar:
İş yeri: Daşkəsən rayonu
5 günlük iş
rejimi (bazar ertəsi – cümə)
İş vaxtı: 08:00 – 17:00
Servislə təmin olunma;
Nahar yeməyi ilə təmin
olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu
hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməkləMüraciət etdüyməsində qeyd
olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
