Vakansiya haqqında
İş şəraiti
İş yeri: Sham-Fi International Trading Company
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, Babək prospekti və Y.Əliyev
küçəsinin kesişməsində yerləşən City Park AVM- nin 6-cı mərtəbəsi
İş
rejimi: Tam iş günü
Vəzifənin əsas məqsədi
Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etmək, əməyin
mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması üzrə qanunvericiliyin və daxili qaydaların tələblərinə
riayət olunmasına nəzarət etmək.
Əsas vəzifə öhdəlikləri
Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
etmək;
İş yerlərində mütəmadi yoxlamalar aparmaq, təhlükəli və zərərli
amilləri müəyyən etmək və riskləri qiymətləndirmək;
Aşkarlanmış
uyğunsuzluqların aradan qaldırılması ilə bağlı qabaqlayıcı və düzəldici tədbirlər hazırlamaq;
İşçilərə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydaları üzrə
təlimatlandırmalar keçirmək;
Yeni işə qəbul olunan əməkdaşların ilkin,
eləcə də dövri təlimatlandırılmasını təşkil etmək;
İstehsalat və digər
bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabat və sənədləşməni aparmaq;
Fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına nəzarət etmək;
Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsində
iştirak etmək;
SƏTƏM üzrə tələb olunan sənədləri, jurnalları, aktları və
hesabatları hazırlamaq;
Müvafiq dövlət qurumlarının yoxlamalarına
hazırlıq və tələb olunan sənədlərin təqdim edilməsində iştirak etmək.
Namizədə dair tələblər
Ali təhsil (əməyin mühafizəsi, texniki təhlükəsizlik, mühəndislik, ekologiya və ya
digər uyğun sahələr üzrə);
SƏTƏM sahəsində minimum 3-5 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əməyin
mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ-hüquqi aktlar haqqında biliklər;
Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin
hazırlanması bacarığı;
Yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı
biliklər;
Əməyin mühafizəsi üzrə təlimatların və sənədlərin hazırlanması
bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Güclü ünsiyyət, təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
Komandada işləmək və təşəbbüskarlıq bacarığı.
Üstünlük hesab olunur
ISO 45001 (Əməyin sağlamlığı və təhlükəsizliyi) standartı üzrə bilik və
təcrübə;
ISO 14001 (Ətraf mühitin idarə edilməsi) standartı üzrə
biliklər;
SƏTƏM üzrə peşəkar təlim və sertifikatların
olması;
Pərakəndə satış, ticarət mərkəzi, istehsalat və ya iri
obyektlərdə iş təcrübəsi.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM mütəxəssisi” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
