Vakansiya haqqında
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin
qəbul edilməsi;
Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada
əməliyyatın həyata keçirilməsi;
Gündəlik satış məbləğini və ödənişləri
əks etdirən sənədlərin tərtib edilməsi;
Kassadan keçən bütün pul
vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının
aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və
İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya
aidiyyatı üzrə yönləndirilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Kassir vəzifəsində iş
təcrübəsi arzu olunandır;
Azərbaycan dilini səlis bilməli, rus dilini
bilməsi arzu olunandır;
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi
biliklərə malik olmalı;
Müxtəlif növ kassa aparatları və onların iş
mexanizmlərini bilməli;
Microsoft Office programları üzrə biliklərə malik
olmalı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya
imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
Dinamik və müasir iş mühiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.
İş şəraiti:
İş yeri: Şamaxı;
İş qrafiki:
Növbəli.
Qeyd: Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və
yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
