Vakansiya haqqında
“ATA PACK” MMC Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan
edir.
Vəzifə öhdəlikləri
İstehsaldan çıxan çap məhsullarının rəng uyğunluğunun, çap keyfiyyətinin, mətn və
barkodların düzgünlüyünün yoxlanılması.
Məhsulların müştəri sifarişi və
təsdiq edilmiş nümunəyə uyğunluğunun yoxlanılması.
Xammalın keyfiyyətinə
nəzarət.
Aşkar edilmiş qüsur və uyğunsuzluqların qeydiyyata
alınması və aidiyyəti struktur bölmələrə vaxtında məlumat verilməsi.
Keyfiyyət problemlərinin araşdırılması və səbəblərinin təhlili.
İstehsal prosesinin müxtəlif mərhələlərində operativ keyfiyyət nəzarətinin həyata keçirilməsi
və məhsulun müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi.
Məhsulun ölçü, çəki və digər texniki göstəricilərinin yoxlanılması.
İSO 9001:2015, İSO 22000:2018 standartlarının tələblərinə uyğun işləmək.
Rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Keyfiyyətə nəzarət
üzrə mütəxəssisvəzifəsi üzrə minimum 1 il iş təcrübəsi (istehsal və ya çap sahəsi olması
mütləqdir);
MS Excel və Word proqramlarından
istifadə.
Rus dili biliyi B1 səviyyədə (mükəmməl
səviyyədə yazı və oxu bacarıqları)
Diqqətlilik, məsuliyyət və
tələbkarlıq.
Stressli iş mühitində operativ və keyfiyyətli işləmək
bacarığı;
Komandada işləmək və vaxtı effektiv idarə etmək
bacarığı.
Növbəli iş rejimində işləyə bilmək.
İş şəraiti:
Əməkhaqqı: 600 Azn
Rəsmi əmək
müqaviləsi;
Nahar şirkət tərəfindən təmin edilir;
İş qrafiki: Növbəli
Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis
xidməti mövcuddur.
Maraqlanan namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərə
bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
