Vakansiya haqqında
Əsas Vəzifə
öhdəlikləri:
Tikinti sahəsində işlərin layihə və texniki tələblərə uyğun icrasına nəzarət
etmək;
İşçi heyətinin və subpodratçıların fəaliyyətini koordinasiya
etmək;
Gündəlik iş planlarını hazırlamaq və icrasını
izləmək;
Tikinti işlərinin keyfiyyətinə, təhlükəsizlik qaydalarına və
əmək mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
Material,
texnika və işçi qüvvəsinin səmərəli istifadəsini təşkil etmək;
Görülən
işlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Layihə
qrafikinə uyğun olaraq işlərin vaxtında tamamlanmasını təmin etmək.
Əsas Tələblər:
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Sahə rəisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
Tikinti norma və qaydaları, layihə sənədləri ilə işləmə bacarığı;
AutoCAD və Microsoft Office proqramlarında işləmək bacarığı;
Tikinti proseslərinin planlaşdırılması və idarə edilməsi üzrə biliklər;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şərtləri:
İş məkanı: Azure Biznes Mərkəzi
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu
ilə
İş rejimi: 5 gün
(həftəiçi)
Nahar: Təmin
edilir
Servis Xidməti
Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər
mövzu hissəsində “Sahə rəisi” yazmaqla, öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
