Vakansiya haqqında
CAMAL LTD şirkəti dondurma istehsalı zavodunda
mexaniki avadanlıqların fasiləsiz və səmərəli fəaliyyətini təmin etmək üçün təcrübəli Baş Mexanik
axtarır.
Vəzifə
öhdəlikləri
Dondurma istehsalı zavodunda istifadə olunan mexaniki avadanlıqların təhlükəsiz və
fasiləsiz istismarını təmin etmək;
Dondurma istehsalı, qarışdırma,
homogenizasiya, pasterizasiya, dondurma və qablaşdırma xətlərinin mexaniki vəziyyətinə nəzarət
etmək;
Soyutma və dondurma sistemlərinin, kompressorların, nasosların,
reduktorların və digər mexaniki avadanlıqların texniki vəziyyətini izləmək;
İstehsalat avadanlıqlarının planlı texniki baxış, profilaktik xidmət və təmir işlərini təşkil
etmək və icrasına nəzarət etmək;
Avadanlıqlarda yaranan nasazlıqların
səbəblərini müəyyənləşdirmək, operativ müdaxilə etmək və istehsalatda dayanma hallarını minimuma
endirmək;
İstehsalat avadanlıqlarının texniki xidmət və təmir
qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
Ehtiyat hissələrinə
olan tələbatı müəyyənləşdirmək, onların uçotunu və səmərəli istifadəsini təmin etmək;
Mexaniki avadanlıqların istismar müddətinin artırılması və təmir xərclərinin
optimallaşdırılması istiqamətində tədbirlər görmək;
İstehsalat
avadanlıqlarının təmizlənməsi və yuyulması proseslərində istifadə olunan mexaniki sistemlərin saz vəziyyətdə
saxlanılmasına nəzarət etmək;
Texniki sənədləşməni, təmir hesabatlarını
və avadanlıqların texniki xidmət tarixçəsini aparmaq;
Namizədə
tələblər
Mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali
təhsil;
Müvafiq sahədə 7–10 il iş təcrübəsi;
Qida istehsalı müəssisəsində, xüsusilə dondurma və ya süd məhsulları istehsalı sahəsində
təcrübə üstünlükdür;
İstehsalat xətləri, soyutma sistemləri,
kompressorlar, nasoslar və digər mexaniki avadanlıqlar üzrə biliklər;
Avadanlıqların texniki xidmət və təmir proseslərinin təşkili üzrə
təcrübə;
AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək
bacarığı mütləqdir;
Rus və ingilis dillərini bilmək
üstünlükdür;
Analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək
bacarığı.
İş şəraiti
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.
Allahverdiyev küçəsi, 4/21D, döngə
İş rejimi: 6 günlük iş həftəsi, tam iş günü
Mobil nömrə ilə təminat
Nahar şirkət tərəfindən
qarşılanır.
Əmək haqqı
- 3 500 AZN (razılaşma yolu ilə).
Namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər. Mövzu
hissəsində “Baş Mexanik” qeyd edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
