Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tədris şöbəsinin fəaliyyət istiqamətlərini, prioritetlərini və iş planını müəyyən
etmək, şöbənin fəaliyyətini şirkətin akademik məqsədlərinə uyğun təşkil etmək.
Şöbənin illik, rüblük və aylıq fəaliyyət planlarını, həmçinin hesabatlarını hazırlamaq, əsas
nəticə göstəricilərini müəyyən etmək və icrasını qiymətləndirmək.
Tədris
prosesinin nəticələrini tələbə sayı, qrupların doluluğu, davamiyyət, akademik göstəricilər, tələbə məmnuniyyəti,
müəllim performansı və digər müəyyən edilmiş göstəricilər üzrə təhlil etmək.
Tədris prosesində təkrarlanan problemləri və sistemli çatışmazlıqları müəyyən etmək, onların
səbəblərini təhlil etmək və aradan qaldırılması üçün fəaliyyət planları hazırlamaq.
Tədris şöbəsinin iş yükünü və insan resurslarına olan ehtiyacını müəyyən etmək, mövcud
resursların səmərəli bölüşdürülməsi ilə bağlı qərarlar qəbul etmək.
Müəllim ehtiyacını proqnozlaşdırmaq, yeni qrupların açılması və mövcud qrupların dəyişməsi ilə
əlaqədar müəllim resurslarının planlaşdırılmasını həyata keçirmək.
Qrupların doluluğu, tədris nəticələri, müəllim resursları və auditoriya imkanlarını nəzərə
alaraq qrupların birləşdirilməsi, bölünməsi, bağlanması və ya yeni qrupların açılması ilə bağlı qərarlar qəbul
etmək
Müəllimlərin fəaliyyət nəticələrini sistemli şəkildə təhlil etmək,
yüksək və aşağı performans göstərən müəllimləri müəyyən etmək və nəticələrə uyğun inkişaf, dəstək və digər idarəetmə
tədbirlərini müəyyənləşdirmək.
Müəllimlər üçün fərdi inkişaf
ehtiyaclarını müəyyən etmək, inkişaf planlarını təsdiqləmək və həmin planların nəticələrini
qiymətləndirmək.
Müəllimlərin işə qəbulu prosesində tədris şöbəsinin
ehtiyaclarını müəyyən etmək, namizədlərin peşəkar uyğunluğunun qiymətləndirilməsində iştirak etmək və seçim üzrə rəy
vermək.
Yeni müəllimlərin adaptasiya prosesinin strukturlaşdırılmasını
təmin etmək və adaptasiya nəticələrini qiymətləndirmək.
Tədris şöbəsinin
əməkdaşları arasında iş bölgüsünü aparmaq, iş yükünün balanslaşdırılmasını təmin etmək və prioritetləri müəyyən
etmək.
Şöbə əməkdaşlarının fəaliyyət nəticələrini qiymətləndirmək,
mütəmadi geribildirim vermək və inkişaf ehtiyaclarını müəyyən etmək.
Şöbə
əməkdaşlarının KPI və digər fəaliyyət göstəricilərinin müəyyən edilmiş hədəflərə uyğun icrasını izləmək, nəticələri
təhlil etmək və zəruri hallarda düzəldici tədbirlər görmək.
Tədris
şöbəsində əməkdaşların fəaliyyətindən irəli gələn performans, intizam və iş bölgüsü məsələləri üzrə qərarlar qəbul
etmək və zəruri hallarda rəhbərliyə təkliflər təqdim etmək.
Tələbə
məmnuniyyəti üzrə göstəriciləri təhlil etmək, mənfi rəylərin əsas səbəblərini müəyyənləşdirmək və xidmət
keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər hazırlamaq.
Tələbə, valideyn
və müəllimlər arasında yaranan mürəkkəb və təkrarlanan münaqişələri idarə etmək və belə halların gələcəkdə
qarşısının alınması üçün sistemli tədbirlər müəyyən etmək.
Tədris
prosesinin nəticələrinə təsir edən digər struktur bölmələrindən asılı məsələləri müəyyən etmək, onların həlli üçün
struktur bölmələr arasında koordinasiyanı təşkil etmək və nəticəni izləmək.
Tədris prosesində istifadə olunan platforma və sistemlər üzrə məlumatların düzgünlüyünü və
tamlığını mütəmadi təhlil etmək, sistemlərdən istifadədə aşkar olunan problemlərin aradan qaldırılmasını təşkil
etmək.
Tədris şöbəsinin fəaliyyətinin səmərəliliyinin artırılması
məqsədilə yeni proseslər, iş üsulları və idarəetmə mexanizmləri hazırlamaq və tətbiq etmək.
Tədris prosesində tətbiq olunan qayda və prosedurların effektivliyini mütəmadi
qiymətləndirmək, zəruri dəyişikliklər üzrə təkliflər hazırlamaq.
Tədris
nəticələrinin yaxşılaşdırılması məqsədilə müəllim, tələbə və digər aidiyyəti tərəflərdən əldə olunan məlumatlar
əsasında inkişaf layihələri və təşəbbüsləri hazırlamaq və həyata keçirilməsini təşkil etmək.
Tədris şöbəsinin fəaliyyətində yarana biləcək riskləri əvvəlcədən müəyyən etmək, onların
tələbə, müəllim və tədris prosesinə mümkün təsirini qiymətləndirmək və qarşısının alınması üzrə tədbirlər
görmək.
Tədris şöbəsinin fəaliyyətinin davamlılığını təmin etmək
məqsədilə əsas proseslər üzrə ehtiyat planları hazırlamaq və kritik hallarda operativ qərarlar qəbul
etmək.
Bilməlidir
Tədris prosesinin təşkili, idarə olunması və keyfiyyətə nəzarət
prinsiplərini;
Tədris və təqvim planlarının hazırlanması, tətbiqi və
icrasına nəzarət qaydalarını;
Tədris proqramlarının təşkili və akademik
planlaşdırma prinsiplərini;
Dərs strukturu, qiymətləndirmə sistemləri və
istifadə olunan tədris metodologiyalarını;
Müəllimlərin fəaliyyətinin
qiymətləndirilməsi, inkişaf etdirilməsi və motivasiya metodlarını;
Tələbə
məmnuniyyətinin idarə olunması və müştəriyönümlü xidmət prinsiplərini;
Münaqişələrin idarə olunması və effektiv kommunikasiya üsullarını;
İxtisas tələbləri
Ali təhsil (Pedaqogika, Təhsilin idarə olunması, Menecment, Psixologiya, Kompüter
elmləri və ya digər uyğun ixtisas üzrə ali təhsil üstünlükdür);
Tədris
sahəsində minimum 3 il, rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi üstünlükdür;
Tədris prosesinin planlaşdırılması və idarə olunması üzrə praktiki təcrübəyə malik
olmalıdır;
Planlaşdırma, təşkilatçılıq, liderlik, qərarvermə və effektiv
kommunikasiya bacarıqlarına malik olmalıdır;
Kompüterdən sərbəst istifadə
bacarığına malik olmalıdır;
MS Office, Google Workspace proqramlarını və
tədris platformalarını yüksək səviyyədə bilməlidir;
Azərbaycan və rus
dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilməsi üstünlük hesab olunur.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
