Vakansiya haqqında
Satış bacarıqlarınıza güvənirsiniz?
Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza
qoşulun!
Şirkətimiz aktiv satış, müştəri əlaqələrinin idarə
edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi
axtarır.
Vəzifə
öhdəlikləri
Aktiv satış fəaliyyətinin təşkili, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri
bazasının genişləndirilməsi;
Kredit portfelinin keyfiyyətinə nəzarət və
müştərilərlə davamlı əlaqələrin qurulması;
Müştəri müraciətlərinin
qəbulu, maliyyə imkanlarının təhlili, kredit komitəsinə təqdim edilməsi və rəsmiləşdirilməsi;
Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin
hazırlanması;
Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və
müraciətlərin operativ araşdırılması;
Kreditləşmə prosesinə aid
sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət.
Namizədə dair
tələblər
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ali və ya natamam ali təhsil;
Güclü ünsiyyət və
təqdimetmə bacarığı;
Yüksək satış qabiliyyəti və müştəriyönümlü
yanaşma;
Fərdi və komanda şəklində işləmək bacarığı;
Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək
bacarığı;
Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard
sahəsində iş təcrübəsi üstünlükdür.
Sizi nə
gözləyir?
Rəqabətqabiliyyətli gəlir və nəticəyə
əsaslanan bonus sistemi!
Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus =
1 200 AZN-dək aylıq gəlir
Yuxarı
kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq
gəlir
İş qrafiki: Bazar ertəsi – Cümə,
09:00–18:00.
Əgər bu vakansiyanın tələblərinə uyğun olduğunuzu
düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərin:
Yalnız ilkin tələblərə uyğun namizədlərlə əlaqə
saxlanılacaq. Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.
Karyeranızda növbəti addımı atın –
komandamızın bir hissəsi olun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
