Vakansiya haqqında
İş yeri:Sumqayıt şəhəri
Şirkətimizin maliyyə komandasına vergi uçotunun düzgün təşkili, vergi öhdəliklərinin
vaxtında və dəqiq yerinə yetirilməsi, mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması və vergi
risklərinin effektiv idarə edilməsini təmin edəcək Vergi üzrə aparıcı mütəxəssis
axtarırıq.
Vəzifə öhdəliyi:
Şirkətin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun təşkil və idarə edilməsi;
Vergi öhdəliklərinin
düzgün hesablanmasına, uçotuna və vaxtında icrasına nəzarət;
ƏDV, mənfəət
vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər müvafiq vergilər üzrə hesablamaların və hesabatların
hazırlanması;
ƏDV uçotunun düzgün aparılması, əvəzləşdirilən ƏDV
məbləğlərinin əsaslılığının yoxlanılması və ƏDV bəyannaməsinin hazırlanması;
Elektron qaimə-fakturaların, vergi sənədlərinin və digər elektron sənədlərin düzgün və
vaxtında hazırlanmasına, göndərilməsinə və zəruri düzəlişlərin edilməsinə nəzarət;
Satışlar, satışdan qaytarışlar, alışlar, xidmətlər və digər əməliyyatların vergi və mühasibat
uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
Vergi və mühasibat
uçotu arasında yaranan fərqlərin müəyyən edilməsi, təhlili və düzgün uçotunun təmin edilməsi;
Vergilər üzrə dövlət büdcəsi ilə hesablaşmaların mütəmadi üzləşdirilməsi və müvafiq hesabların
nəzarətdə saxlanılması;
Vergi, statistika və digər dövlət qurumlarına
təqdim edilən hesabatların düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
Vergi orqanlarından daxil olan məktub, bildiriş və sorğuların təhlili, cavablandırılması və
zəruri sənədlərin hazırlanması;
Vergi orqanları ilə keçirilən görüş və
müzakirələrdə şirkətin maraqlarının peşəkar şəkildə təmsil edilməsi;
Vergi yoxlamaları və kameral uyğunsuzluqlar zamanı tələb olunan məlumat və sənədlərin
hazırlanması, prosesin koordinasiyası;
Vergi qanunvericiliyində baş verən
dəyişikliklərin davamlı izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri
tədbirlərin həyata keçirilməsi;
Mövcud əməliyyatların vergi risklərinin
müəyyən edilməsi və risklərin minimuma endirilməsi üzrə rəhbərliyə təkliflərin təqdim edilməsi;
Müqavilələrin və yeni biznes əməliyyatlarının vergi aspektindən qiymətləndirilməsi və zəruri
rəylərin verilməsi;
Satış, satınalma və digər biznes proseslərinin vergi
və uçot baxımından düzgün qurulması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Rəhbərlik üçün vergi öhdəlikləri, mövcud vergi riskləri və digər əhəmiyyətli məsələlər üzrə
mütəmadi məlumat və hesabatların hazırlanması.
Namizədə tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali
təhsil;
Vergi üzrə minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi haqqında
dərin praktiki biliklər;
Vergi yoxlamaları və vergi risklərinin idarə
edilməsi sahəsində təcrübə üstünlükdür;
İstehsal və/və ya FMCG sektorunda
iş təcrübəsi üstünlükdür;
Mühasibat və ERP proqramları ilə işləmək
bacarığı;
MS Office proqramlarını, xüsusilə Excel-i yüksək
səviyyədə bilmək;
Böyük həcmli məlumatları təhlil etmək,
uyğunsuzluqları müəyyənləşdirmək və nəticə çıxarmaq bacarığı;
Yüksək
məsuliyyət, dəqiqlik, analitik düşüncə və problem həll etmə bacarığı;
Komanda daxilində və digər struktur bölmələri ilə effektiv əməkdaşlıq etmək
bacarığı.
İş qrafiki:
5 günlük qrafik
İş
saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin
olunur.
Üstünlüklərimiz:
Nahar
Servis
Könüllü tibbi
sığorta
Telefon danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Vergi üzrə aparıcı
mütəxəssis” başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
