Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü
İşəgötürən: İstehsalat və satış şirkəti
Vəzifə öhdəlikləri
Biznes inkişafı üzrə menecerə gündəlik işlərin təşkilində və idarə edilməsində
dəstək göstərmək;
Bazar araşdırmalarının aparılmasında, yeni müştəri və
biznes imkanlarının müəyyən edilməsində iştirak etmək;
Müştərilər,
tərəfdaşlar və potensial biznes əlaqələri ilə ünsiyyət qurmaq;
Kommersiya
təkliflərinin, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasında iştirak
etmək;
Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, təhlili,
cədvəllərin və hesabatların hazırlanmasını həyata keçirmək;
Satış
göstəricilərini, sifarişləri və digər biznes məlumatlarını izləmək və sistemləşdirmək;
Görüşlərin, danışıqların və işgüzar səfərlərin təşkilinə dəstək olmaq;
Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Namizədə tələblər
Cins: kişi
Ali
təhsil;
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək
(xüsusilə Microsoft Excel);
Excel-də düsturlar,
funksiyalar, PivotTable və məlumatların təhlili ilə işləmək bacarığı;
Word və PowerPoint proqramlarında sərbəst işləmək, Outlook və digər MS Office alətlərindən
istifadə etmək bacarığı;
Şəxsi avtomobilin olması
mütləqdir;
Sürücülük vəsiqəsinin olması və avtomobili
aktiv idarə etmək bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və
detallara diqqət;
Güclü ünsiyyət və təşkilatçılıq
bacarıqları;
Operativlik, təşəbbüskarlıq və komandada işləmək
bacarığı;
Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi
üstünlükdür.
Şirkət təklif edir
Rəqabətədavamlı əməkhaqqı;
İş
nəticələrinə uyğun inkişaf və karyera imkanları;
Peşəkar komandada iş
təcrübəsi;
Vəzifə üzrə bilik və bacarıqların inkişaf
etdirilməsi.
Tələblərə uyğun namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur. Vakansiyanın adını qeyd etmək
mütləqdir!
Qeyd: Şəxsi avtomobilin olması və MS Excel proqramını yüksək səviyyədə
bilmək əsas seçim meyarlarıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
