Vakansiya haqqında
BOKT “İNTERNATIONAL” ASCQrup rəhbəri (satış üzrə)
vəzifəsinə işçi qəbulu elan edir
Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb
Vəzifə öhdəlikləri:
Kredit mütəxəssislərindən ibarət qrupun fəaliyyətini təşkil və koordinasiya
etmək;
Qrup üzrə satış planlarının icrasını təmin etmək və nəticələrə
nəzarət etmək;
Kredit müraciətlərinin ilkin təhlilini aparmaq və kredit
prosesinə nəzarət etmək;
Kredit portfelinin keyfiyyətini izləmək və
problemli kreditlərin idarə olunmasını təşkil etmək;
Yeni müştərilərin
cəlb olunmasını və mövcud müştəri bazasının inkişafını təmin etmək;
Qrup
üzvlərinin iş fəaliyyətini qiymətləndirmək, onların peşəkar inkişafını və motivasiyasını
dəstəkləmək;
Daxili qaydalara, prosedurlara və qanunvericiliyin
tələblərinə riayət olunmasını təmin etmək;
Fəaliyyət üzrə hesabatları
hazırlamaq və filial rəhbərliyinə təqdim etmək.
Namizədə tələblər:
Maliyyə, iqtisadiyyat, idarəetmə və ya digər uyğun ixtisas üzrə ali
təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş
təcrübəsi;
Kredit məhsulları və kredit risklərinin idarə olunması
sahəsində biliklər;
Satış və komanda idarəetməsi
bacarıqları;
Analitik düşünmə, liderlik, məsuliyyətlilik və qərarvermə
qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışıq və yazı
bacarığı
MS Office proqramlarında işləmək
bacarığı.
Təşkilat təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və
motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun
rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
E-poçtun mövzu hissəsində müraciət etdikləri bölgə adı qeyd edilməlidir. Məsələn:
"Qrup rəhbəri – Şimal".
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
