Vakansiya haqqında
Supertoys komandamıza kreativ, dinamik və sosial media trendlərini yaxından izləyən SMM
mütəxəssisi axtarırıq!
Namizədin əsas işi sosial media platformaları üçün video kontentlərin çəkilməsi, montajı
və canlı yayımların təşkili olacaq.
Vəzifə öhdəlikləri
TikTok və Instagram platformaları üçün video kontentlərin çəkilməsi və montaj
edilməsi;
Reels, TikTok və Stories formatında kreativ videoların
hazırlanması;
Məhsulların, kampaniyaların və mağaza fəaliyyətinin video
vasitəsilə təqdim edilməsi;
TikTok və Instagram hesablarında canlı
yayımların (LIVE) açılması və idarə edilməsi;
Canlı yayımlar zamanı
məhsulların təqdimatı, izləyicilərlə ünsiyyət və aktivliyin təmin edilməsi;
Sosial media trendlərini izləmək və onları brendə uyğun kontentə
çevirmək;
Çəkiliş prosesində yaradıcı ideyalar irəli sürmək və
ssenarilərin hazırlanmasında iştirak etmək;
Hazırlanan kontentlərin
vaxtında və müəyyən edilmiş plana uyğun paylaşılmasını təmin etmək.
Namizədə tələblər
Sosial media platformalarının, xüsusilə TikTok və Instagram-ın iş prinsipini
bilmək;
Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi
bacarığı;
CapCut və ya digər montaj proqramlarında işləmək
bacarığı;
TikTok və Instagram LIVE funksiyalarından istifadə
təcrübəsi;
Kamera qarşısında sərbəst olmaq və canlı yayımları idarə etmək
bacarığı;
Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək
qabiliyyəti;
Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli
olmaq;
Komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi;
İş yeri:
Bakı;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
Dinamik və yaradıcı komandada işləmək imkanı.
Əgər video çəkməyi, montaj etməyi və canlı yayımlarda auditoriya ilə ünsiyyət
qurmağı bacarırsansa, Supertoys komandasında səni gözləyirik!
Mobiloqrafiya və ya SMM kursunu bitirib lakin təcrübəsi olmayan namizədlər də
müraciət edə bilər.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. Müraciət üçün CV və varsa,
çəkdiyin və montaj etdiyin video nümunələrini göndər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
