Vakansiya haqqında
Vəzifə və məsuliyyətlər
Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan
kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması.
Layihə
Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və PMO-nun
təsdiqinə təqdim etmək
Satınalma, layihələndirmə və işçi çertyojların
(shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək
Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq
Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil
etmək
Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni PMO-ya
təqdim etmək
Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə
almaq və təhlil etmək
Kritik yolu (critical path), ehtiyat vaxtı (float)
və əsas mərhələləri (milestones) izləmək
Gecikmə risklərini Layihə
Rəhbərinə vaxtında bildirmək
Bərpa planlarının (recovery plan)
hazırlanmasında iştirak etmək
Dəyişikliklərin və gecikmələrin qrafikə
təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq
Sahə Rəisi ilə
birlikdə qısamüddətli (2-4 həftəlik look-ahead) və həftəlik iş planları hazırlamaq
Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq
Aylıq planlama hesabatı və S-əyrilərini (S-curve) hazırlamaq
Qazanılmış dəyər (Earned Value) hesablamaları üçün irəliləyiş məlumatlarını PMO-ya təqdim
etmək
Vəzifəyə olan tələblər:
Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas)
Planlama sahəsində minimum 3 il iş təcrübəsi
Primavera P6 proqramında sərbəst işləmək bacarığı
Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət
Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya
ekvivalenti)
İş Şəraiti:
İş qrafiki: 6 gün
İş yeri: Bakı, Bakıxanov qəs.Ruhulla Axundov 16
Əmək haqqı: 2500-3000 AZN (NET)
Əlavə imkanlar: Şirkət tərəfindən nahar təmin olunur
Maraqlanan namizədlər CV formalarını
mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
