Vakansiya haqqında
İş yeri: Bakı, Ağ şəhər
Omnivision MMC videomüşahidə və təhlükəsizlik
sistemləri sahəsində yeni müştərilər tapacaq, satış imkanlarını sıfırdan yaradacaq aktiv və nəticəyönümlü əməkdaş
axtarır.
Vəzifə
öhdəlikləri:
Korporativ müştəriləri, təhlükəsizlik
sistemləri üzrə inteqratorları və quraşdırıcı tərəfdaşları müstəqil şəkildə tapmaq;
Yeni müştərilərlə ilkin əlaqə qurmaq, görüşlər təşkil
etmək və məhsulları təqdim etmək;
Müştərinin ehtiyacına uyğun həll və kommersiya təklifi hazırlayaraq danışıqları
satışa qədər aparmaq;
Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə yeni satış kanalları və layihə
imkanları yaratmaq;
Müştərilərlə aparılan işin bütün mərhələlərini qeyd
etmək;
Yeni əlaqələr,
görüşlər, təkliflər və satış nəticələri barədə həftəlik hesabat təqdim etmək.
Namizəddən
tələblər:
CCTV, videomüşahidə və təhlükəsizlik
sistemləri sahəsində B2B satış təcrübəsi;
Bu sahədə məhsulları və müştəri ehtiyaclarını anlamaq, həlləri təqdim etmək
bacarığı;
Yeni müştəriləri
müstəqil axtarıb tapmaq və danışıqları satışla nəticələndirmək təcrübəsi;
Təşəbbüskarlıq, dinamika, güclü ünsiyyət və təqdimat
bacarığı;
İşini planlı
aparmaq və nəticələrini rəqəmlərlə təqdim etmək bacarığı.
İş şəraiti:
Əmək haqqı: təcrübəyə
uyğun
Satış nəticələrinə
əsaslanan bonus sistemi;
Rəsmi əmək müqaviləsi;
5 günlük iş həftəsi, 09:00–18:00;
Güclü nəticə göstərən əməkdaş üçün gələcəkdə satış
komandasına rəhbərlik istiqamətində inkişaf imkanı.
Müraciət üçün CV-nizi mövzu hissəsində
“Biznesin inkişafı üzrə menecer” qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
