Vakansiya haqqında
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA brendinin dəyərinin və
tanınmasının artırılması, yeni marketinq və kommersiya imkanlarının yaradılması, sponsor və tərəfdaşlarla
əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də AFFA-nın UEFA və FIFA ilə marketinq istiqamətində əlaqələrinin effektiv
şəkildə həyata keçirilməsini təmin etmək üçün Brend Menecervəzifəsinə peşəkar namizəd
axtarılır.
Əsas vəzifə öhdəlikləri:
AFFA-nın brend strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak
etmək, brendin inkişafını və vahid mövqeləndirilməsini təmin etmək;
AFFA Brand Book və korporativ identikliyin bütün kommunikasiya kanallarında və layihələrdə
düzgün tətbiqinə nəzarət etmək;
AFFA-nın milli komandaları,
yarışları, layihələri və yeni məhsulları üçün brend və marketinq konsepsiyalarının hazırlanmasını idarə
etmək;
Yeni marketinq və kommersiya məhsulları, layihələri və
təşəbbüsləri irəli sürmək və onların hazırlanmasında iştirak etmək;
AFFA-nın sponsorları və tərəfdaşları ilə marketinq, brendinq və aktivasiya layihələri üzrə
əməkdaşlıq etmək;
Sponsorluq paketləri, kommersiya təklifləri,
təqdimatlar və digər marketinq materiallarının hazırlanmasında iştirak etmək;
Sponsor və tərəfdaşların AFFA brendinə inteqrasiyasını və müqavilə üzrə marketinq
aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;
Marketinq
kampaniyalarının, kreativ layihələrin və brend aktivliklərinin hazırlanması və icrasında iştirak
etmək;
UEFA, FIFA və digər beynəlxalq futbol təşkilatları ilə
marketinq, kommersiya, brendinq və futbolun inkişafı istiqamətində əməkdaşlıq etmək;
UEFA və FIFA-nın beynəlxalq təcrübəsini, proqramlarını və yeni imkanlarını araşdıraraq AFFA
üçün uyğun təşəbbüslər irəli sürmək;
Rəhbərlik üçün marketinq və
kommersiya təqdimatları, konsepsiyalar, hesabatlar və təkliflər hazırlamaq;
Yerli və beynəlxalq bazarda marketinq, sponsorluq, brendinq və fan engagement trendlərini
izləmək və yeni imkanlar müəyyənləşdirmək;
Marketinq
Departamentinin digər istiqamətləri ilə sıx əməkdaşlıq edərək layihələrin koordinasiyasını və effektiv icrasını
təmin etmək;
Tabeliyində olan əməkdaşların və layihə komandalarının
işini koordinasiya etmək və zəruri hallarda onlara metodoloji dəstək göstərmək;
Brend və marketinq layihələri üzrə büdcənin planlaşdırılmasında və effektiv istifadəsinə
nəzarətdə iştirak etmək.
Namizədə tələblər:
Ali təhsil;
Marketinq, brend
menecmenti, kommersiya və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;
Brend strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə
təcrübə;
Marketinq və kommersiya layihələrinin idarə olunması üzrə
praktiki təcrübə;
Sponsorlar və biznes tərəfdaşları ilə əməkdaşlıq
və danışıqlar aparmaq bacarığı;
Təqdimatların, kommersiya
təkliflərinin və layihə konsepsiyalarının yüksək səviyyədə hazırlanması;
Kreativ düşüncə və yeni ideyalar irəli sürmək qabiliyyəti;
Yüksək səviyyədə ingilis dili biliyi;
Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya
bacarığı;
MS Office proqramları, xüsusilə PowerPoint və Excel üzrə
yaxşı istifadə bacarığı;
Üstünlük hesab olunur:
İdman, futbol və ya sponsorluq sahəsində iş təcrübəsi;
UEFA, FIFA və ya digər beynəlxalq idman təşkilatları ilə iş təcrübəsi;
İş şəraiti:
Peşəkar və inkişafyönümlü iş mühiti;
İş qrafiki: 5 günlük iş həftəsi, həftədə 40 saat;
Vəzifənin xüsusiyyətindən irəli gələrək tədbirlər, oyunlar və digər layihələr zamanı
iş saatlarında çeviklik tələb oluna bilər;
Uyğun namizədlərdən CV-lərini “Brend Menecer” başlığı
iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
