Vakansiya haqqında
Grinco MMC sənədlərlə işləməyi
öyrənmək, real iş mühitində praktiki təcrübə qazanmaq və gələcək karyerasını mühasibatlıq, maliyyə və
inzibati idarəetmə istiqamətində qurmaq istəyən namizədləri 2 aylıq Kargüzar Təcrübəçi
Proqramına dəvət edir.
Proqramın əsas məqsədi namizədlərə şirkətdaxili
sənəd dövriyyəsi, ilkin mühasibat sənədləri, arxivləşdirmə və gündəlik ofis prosesləri üzrə praktiki bilik və iş
vərdişləri qazandırmaqdır.
Təcrübə müddətində nələri
öyrənəcəksiniz?
Daxil olan və göndərilən sənədlərin
qeydiyyatı və sistemləşdirilməsi;
Müqavilə, hesab, akt, qaimə və digər korporativ sənədlərlə işləmə
qaydaları;
Elektron və
fiziki sənəd arxivinin düzgün təşkili;
Sənədlərin skan edilməsi, adlandırılması və müvafiq qovluqlarda
saxlanılması;
İlkin
mühasibat sənədlərinin hazırlanması və yoxlanılması prinsipləri;
Mühasibatlıq və maliyyə şöbəsi ilə sənəd
mübadiləsi;
Excel və digər
ofis proqramlarında məlumatların işlənməsi;
ERP və şirkətdaxili iş sistemlərinin əsas iş
prinsipləri;
Rəsmi işgüzar
yazışma və sənəd hazırlama qaydaları;
Şirkətin gündəlik inzibati və kargüzarlıq prosesləri.
Namizədə
tələblər
Ali və ya orta ixtisas təhsili alan və ya
yeni məzun olmuş namizədlər;
Gələcəkdə mühasibatlıq, maliyyə, kargüzarlıq və ya inzibati sahədə
inkişaf etmək istəyi;
Sənədlərlə işləməyə maraq;
MS Word və Excel üzrə ilkin biliklər;
Diqqətli, məsuliyyətli və öyrənməyə açıq
olmaq;
Tapşırıqları
vaxtında və dəqiq yerinə yetirmək bacarığı;
Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət;
Şəxsi noutbukun olması
mütləqdir.
Proqramın
şərtləri
Müddət: 2
ay
Rəsmiləşdirmə: Qanunvericiliyə uyğun
Aylıq xərclərin qarşılanması: 150
AZN
Şəxsi
noutbuk: Mütləqdir
Proqramı uğurla başa vuran, işə yanaşması
və nəticələri müsbət qiymətləndirilən namizədlərə partnyor şirkətlərdə daimi iş təklif
ediləcək.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Xətai
rayonu — Nobel Hotel-in yanı
İş qrafiki: Bazar ertəsi – Cümə
İş saatı: 08:30 –
17:30
Kimlər üçün
uyğundur?
Bu proqram xüsusilə iş təcrübəsi az
olan və ya heç olmayan, lakin öyrənməyə həvəsli və gələcəkdə mühasibatlıq sahəsində karyera qurmaq istəyən
namizədlər üçün nəzərdə tutulub.
Bizim üçün əsas meyar əvvəlki iş təcrübəsindən daha çox məsuliyyət,
dəqiqlik, öyrənmək istəyi və işə ciddi yanaşmadır.
Namizədlər CV-lərini e-mailin mövzu hissəsində
“Kargüzar Təcrübəçi” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Uyğun namizədlərlə seçim mərhələsi üçün əlaqə
saxlanılacaq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
