Vakansiya haqqında
Şöbə: Texniki Ofis
Tabelik: Texniki Ofis Rəhbəri
İş rejimi: Bazar ertəsi – Cümə
Vəzifənin məqsədi
Şirkət tərəfindən icra olunan tenderlərdə və mövcud layihələrdə texniki və
smeta-qiymətləndirmə işlərini yüksək dəqiqliklə aparmaq, layihələrin büdcə, resurs və icra qrafiklərinə uyğun olaraq
texniki ofisdən idarə olunmasına dəstək vermək, sahə ilə sənədləşmə axınını tənzimləmək və hədəflənən nəticələrin
əldə olunmasını təmin etmək.
Vəzifə öhdəlikləri
Tender və cari layihələr üzrə layihə sənədlərini və çertyojları analiz edərək iş
həcmlərini (BoQ) və ilkin smetaları hazırlamaq.
Layihələrdə istifadə
olunacaq material, işçilik və texniki resurs tələbatını öncədən proqnozlaşdırmaq, planlamaq və hədəf büdcəyə
uyğunluğunu nəzarətdə saxlamaq.
Materialların faktiki sərfiyyatı ilə
layihə normalarını müqayisəli şəkildə təhlil etmək və limitlərin qorunmasını təmin etmək.
Tikinti texnologiyasına uyğun olaraq işlərin tətbiq ardıcıllığını müəyyən etmək və İşlərin
İcra Metodologiyasını (Method Statement / MOS) hazırlamaq.
Aylıq iş
icrası aktlarını (IPC / Forma 2), Forma 3 və materialların silinməsi sənədlərini (Forma M-29) vaxtında tərtib edib
təsdiqə təqdim etmək.
Subpodratçıların və təchizatçıların təqdim etdiyi
qiymət təkliflərini, smetaları və yerinə yetirilmiş iş aktlarını yoxlamaq, sahə üzrə faktiki həcmlərlə
uzlaşdırmaq.
Layihə gedişatında baş verən dəyişiklikləri (Variation
Order) izləmək, əlavə iş həcmlərini və onların maliyyə-texniki əsaslandırmasını hazırlamaq.
Sahə mühəndisləri və əlaqədar departamentlərlə sıx koordinasiyada işləyərək texniki sualların
operativ həll olunmasını və işlərin qrafikə uyğun irəliləməsini təmin etmək.
Layihələrin cari vəziyyəti, icra faizləri, resurs və smeta xərcləri üzrə dövri
(həftəlik/aylıq) hesabatları hazırlayıb Texniki Ofis Rəhbərinə təqdim etmək.
Tələblər
İnşaat Mühəndisliyi üzrə ali təhsil.
Tikinti sektorunda Texniki Ofis Mühəndisi kimi minimum 3–5 il iş
təcrübəsi.
Layihələr əsasında iş həcmlərinin və smetaların peşəkar
səviyyədə çıxarılması bacarığı.
Tikinti konstruksiyalarını, işlərin
texnoloji ardıcıllığını dəqiq analiz etmək və İşlərin İcra Metodologiyasını (MOS) tətbiq etmək
təcrübəsi.
AutoCAD proqramında çizimləri sərbəst oxumaq və həcm
hesablamaq bacarığı.
MS Excel proqramında mürəkkəb smeta cədvəlləri,
düsturlar və hesabat formaları ilə yüksək səviyyədə işləmək bacarığı.
MS
Project və ya Primavera P6 üzrə ümumi planlama və analitika bilikləri.
Forma 2, Forma 3, M-29 və IPC (Progress Payment) sənədləşmə prosedurlarını mükəmməl səviyyədə
bilmək.
Yüksək punktuallıq, vaxtın idarə olunması və tapşırıqları müəyyən
edilmiş son tarixlərə (deadline) tam uyğun şəkildə təhvil vermək vərdişi.
Güclü analitik düşüncə, rəqəmlərlə dəqiq işləmək qabiliyyəti və detallara yüksək
diqqət. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu hissəsində qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
