Vakansiya haqqında
Şirkətimiz avtomatika və yanğın siqnalizasiya sistemləri sahəsində çalışacaq, müvafiq
bilik və praktiki təcrübəyə malik mühəndisləri komandamıza dəvət edir - Avtomatika üzrə
mühəndis
Namizədə olan tələblər
Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində
minimum 3 il iş təcrübəsi;
SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi
və istismara verilməsində praktiki iştirak təcrübəsi;
PLC
proqramlaşdırılması üzrə güclü nəzəri və praktiki biliklər;
Elektrik və
avtomatika çertyojlarını — prinsipial, qoşulma və montaj sxemlərini, eləcə də spesifikasiyaları oxumaq və təhlil
etmək bacarığı (AutoCAD, EPLAN);
Nasoslar, siyirtmələr, ventilyasiya,
eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması üzrə
biliklər;
Sınaqların aparılması və istismara vermə (commissioning)
prosesində praktiki təcrübə;
Texniki tapşırıq, funksional təsvir və
istismar təlimatı daxil olmaqla texniki sənədləri hazırlamaq bacarığı;
Sifarişçi və podratçı tərəflərlə texniki məsələlər üzrə effektiv əməkdaşlıq və koordinasiya
bacarığı.
Vəzifə öhdəlikləri
Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyinin
həyata keçirilməsi;
Qurğuların və avadanlıqların diaqnostikasının
aparılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Texniki sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması;
Layihələr çərçivəsində texniki məsələlərin əlaqələndirilməsi və müştəri ilə əməkdaşlığın təmin
edilməsi;
Sistemlərin sınaqdan keçirilməsi, sazlanması və istismara
verilməsi prosesində iştirak.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
