Vakansiya haqqında
Namizədə dair tələblər:
Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük
hesab olunur;
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili
(arzuolunandır);
İş təcrübəsi: 6 aydan az olmayaraq iş
stajı;
Problemləri həll etmə bacarığı;
Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
Komandada işləmək, öyrənmə bacarıqları;
Sürücülük
vəsiqəsi olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
POS terminallarının, nəzarət-kassa aparatlarının (NKA) və digər avadanlıqların ilkin
texniki baxışının keçirilməsi, test edilməsi və sazlanması prosesində iştirak etmək;
Obyektlər üzrə yaradılan ticketlərin düzgün və vaxtında icrasını təmin
etmək;
Müştərilərdən daxil olan texniki müraciətləri qeydə almaq və
müvafiq texniki heyətə yönləndirmək;
Servis xidmətləri ilə bağlı ofisə və
ya əraziyə müraciət edən müştərilərə texniki dəstək göstərmək;
Rəhbərlik
tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və dəqiq şəkildə yerinə yetirmək.
İş şəraiti
İş qrafiki: bazar ertəsi- cümə
09:00-18:00
İş yerinin ünvanı: Bakı, A. Quliyev
küç., 1131, Babək Plaza
Əmək haqqı: 500-550 AZN(təhsil,
iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların
təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş
CV-lərini mövzu (subject) hissəsinə “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis" adını qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
