Vakansiya haqqında
Tələblər
Azərbaycan dilini sərbəst və düzgün bilməlidir. Rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir;
Instagram, Facebook, LinkedIn və digər sosial platformalarla işləmək təcrübəsi olmalıdır;
Kreativ yanaşma və vizual kontentlə işləmə bacarığı vacibdir;
Kontent planını hazırlamaq və ona uyğun vaxtında icra etmək bacarığı olmalıdır;
Həm komanda daxilində, həm də müstəqil şəkildə işləyə bilməlidir;
Stressə davamlı, məsuliyyətli və diqqətli olmalıdır;
Yaş həddi: 22–25;
Təcrübə: SMM sahəsində minimum 1 il iş təcrübəsi.
İşin təsviri
Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi və inkişaf etdirilməsi;
Kontent planın hazırlanması və icrasının təmin olunması;
Postların, storilərin və elanların paylaşılması;
İzləyicilərlə ünsiyyətin qurulması, şərh və mesajların cavablandırılması;
Hazırlanan kontentin effektivliyinin təhlili və hesabatların tərtib edilməsi;
Şərtlər
Rəsmi əmək müqaviləsi;
İş qrafiki: 5 günlük, saat 09:00–18:00;
Əmək haqqı: 600 AZN.
Müraciət qaydası
Xahiş olunur, şəkilli CV-nizi və varsa portfolio-nuzu mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvana göndərəsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
