Vakansiya haqqında
Əsas vəzifələr
İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar edilməsi;
Yeni işə qəbul olunanlarla, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək;
Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək;
Əməkdaşlara təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək;
Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq;
Müəssisənin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək;
Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək;
Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatı və əmrləri hazırlamaq;
Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərini həyata keçirmək;
Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və nizamlı şəkildə yerinə yetirmək;
Tələblər
Ali təhsil;
SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
Sertifikatlar: IOSH və FHN şəhadətnamə;
Azərbaycan dili (səlis); İngilis dili və Rus dili (arzuolunandır);
MS Office billikləri;
Funksional səriştəlikləri: Effektiv kommunikasiya; Riskin qiymətləndirilməsi(təhlili); Stresə davamlılıq;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
