Vakansiya haqqında
Əsas vəzifələr
Tikinti layihələri üzrə ərazinin topoqrafik-geodezik ölçmə və tədqiqat işlərini həyata keçirmək;
Tikinti sahələrinin, binaların, qurğuların və mühəndis kommunikasiyalarının koordinat və yüksəkliklərini müəyyən etmək;
Tikinti işlərinin layihə sənədlərinə uyğun olaraq geodezik təminatını həyata keçirmək;
Bina və qurğuların oxlarının, bünövrələrinin, kolonlarının, divarlarının və digər konstruktiv elementlərinin layihə koordinatlarına uyğun olaraq yerə köçürülməsini (nişanlanmasını) təmin etmək;
Tikinti prosesində konstruksiyaların şaquliliyini, üfüqiliyini, ox və yüksəklik göstəricilərini yoxlamaq;
Bünövrə, monolit konstruksiyalar, mərtəbələr və digər tikinti elementləri üzrə geodezik ölçmələr aparmaq;
Tikinti işlərinin icrası zamanı faktiki vəziyyətin layihə göstəricilərinə uyğunluğunu yoxlamaq və kənarlaşmaları müəyyən etmək;
İcra olunmuş işlər üzrə icraedici geodezik sxemlərin və ölçmə materiallarının hazırlanmasında iştirak etmək;
Yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin koordinat və yüksəkliklərini müəyyən etmək və onların faktiki vəziyyətini sənədləşdirmək;
Tikinti sahəsində reperlərin, geodezik nişanların və digər ölçmə nöqtələrinin yaradılmasını və qorunmasını təmin etmək;
Total Station, GPS/GNSS, nivelir və digər geodezik ölçmə cihazlarından düzgün istifadə etmək;
Ölçmə cihazlarının texniki sazlığını və ölçmələrin dəqiqliyini nəzarətdə saxlamaq;
AutoCAD və digər müvafiq proqramlarda topoqrafik planların, sxemlərin və ölçmə nəticələrinin hazırlanmasını həyata keçirmək.
Tələblər
Cins: kişi;
Yaş həddi: 25-45;
Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;
Ali təhsil (Geodeziya mühəndisliyi üzrə);
Məsuliyyətli;
Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
