Vakansiya haqqında
Əsas vəzifələr
Tikinti layihələrinin planlaşdırılması, nəzarəti və icrasına rəhbərlik etmək;
Texniki cizgilərin və layihə sənədlərinin yoxlanılması və uyğunluğunun təmin edilməsi;
Tikinti sahəsində təhlükəsizlik qaydalarına nəzarət etmək;
Podratçılar və digər müvafiq tərəflərlə əməkdaşlıq və əlaqələndirmə;
Tikinti materiallarının keyfiyyətinə və işlərin vaxtında tamamlanmasına nəzarət;
Layihə büdcəsinin və qrafiklərinin izlənilməsi;
Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi.
Tələblər
Ali təhsil (İnşaat mühəndisliyi);
Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi (layihələrin idarə olunması təcrübəsi üstünlükdür);
Azərbaycan tikinti normativləri və beynəlxalq standartlar barədə bilik;
AutoCAD, MS Project və digər müvafiq proqram təminatlarını bilmək;
Komandada işləmə və rəhbərlik qabiliyyəti;
İş sahəsində risklərin idarə olunması bilikləri;
İş rejimi: 6 gün.
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
