Vakansiya haqqında
Əsas vəzifələr
Rəhbərin gündəlik iş qrafikinin planlaşdırılması və idarə edilməsi;
Görüşlərin, iclasların və digər işgüzar tədbirlərin təşkili və koordinasiyası;
Daxil olan məktubların, sənədlərin və elektron yazışmaların qəbulu, sistemləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
Rəsmi məktubların, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasına dəstək göstərilməsi;
Şirkətin müxtəlif struktur bölmələri ilə operativ kommunikasiyanın və koordinasiyanın təmin edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların aidiyyəti şəxslərə çatdırılması və icra vəziyyətinin izlənilməsi;
Görüş və müzakirələr üzrə zəruri qeydlərin aparılması və növbəti addımların izlənilməsi;
Sənədlərin və məlumatların düzgün şəkildə arxivləşdirilməsi və sistemləşdirilməsi;
Məxfi və xidməti məlumatların konfidensiallığının qorunması;
Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (mütləqdir);
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
İngilis və/və ya rus dili biliyi üstünlükdür;
Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
İşgüzar yazışma və sənədlərlə işləmək bacarığı;
Məsuliyyətlilik, operativlik və təşəbbüskarlıq;
Məxfi məlumatlarla işləyərkən yüksək etik davranış və etibarlılıq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
