Vakansiya haqqında
Əsas vəzifələr
Müştəri xidmətləri komandasının ümumi fəaliyyətinin idarə edilməsi və nəzarət edilməsi;
Klinikaya müraciət edən pasiyentlərin qəbulunu və qeydiyyatını təşkil etmək, pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğunu təmin etmək üçün tədbirlər görmək;
Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyyətləri, hüquqları çərçivəsində olan həll yollarını müəyyənləşdirmək, tətbiq etmək;
Klinikada müştəriyə birbaşa xidmət göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsi, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti istiqamətində maarifləndirmə işləri aparmaq
Tələblər
Ali təhsil (tibb üzrə üstünlükdür);
Azərbaycan, rus dili biliyi - əla, ingilis dili biliyi arzuolunandır;
Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi (tibbi sahədə üstünlükdür);
Məsuliyyətlilik, nəticəyönümlülük və punktuallıq;
Yüksək təşkilatçılıq və liderlik bacarıqları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
