Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bakı Metropoliteni

Tornaçı

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Tornalama işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək; Torna dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi), işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq; İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək; İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək; Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək. Tələblər 25-45 yaş aralığında olmalı; Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat olmalı; Tornaçı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı; Torna dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri (şubler, mikrometr və s.) ilə işləməyi bacarmalı; Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli; Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.