Vakansiya haqqında
Əsas vəzifələr
Kinoteatrda reklam yerləşdirmək istəyən yeni müştərilərin və şirkətlərin cəlb edilməsi;
Potensial reklamverənlərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi;
Şirkətlərə Park Cinema-nın reklam imkanlarının və reklam platformalarının təqdim edilməsi;
Kinoteatrın ekranlarında, foyesində və digər reklam sahələrində reklam yerləşdirilməsi üzrə satışların həyata keçirilməsi;
Müştərilərin ehtiyaclarına uyğun reklam paketləri və kommersiya təkliflərinin hazırlanması;
Potensial müştərilərlə görüşlərin və danışıqların aparılması;
Reklam müqavilələrinin bağlanması və satış prosesinin sonadək idarə olunması;
Mövcud reklam müştəriləri ilə əlaqələrin qorunması və əməkdaşlığın davamlılığının təmin edilməsi;
Yeni reklam və əməkdaşlıq imkanlarının araşdırılması;
Rəqiblərin reklam bazarının və qiymət siyasətinin təhlili;
Aylıq satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması.
Tələblər
Satış və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
B2B satış və korporativ müştərilərlə işləmək bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları;
Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə aktiv yanaşma;
Kommersiya təklifləri hazırlamaq bacarığı;
Nəticəyönümlü və təşəbbüskar olmaq;
MS Office proqramları üzrə biliklər;
Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
800 AZN sabit əmək haqqı + satış nəticələrinə əsasən bonus;
Həftənin 6 günü iş qrafiki;
Dinamik və kreativ iş mühiti;
Böyük şirkət və brendlərlə əməkdaşlıq imkanı;
Peşəkar inkişaf və karyera perspektivi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
