Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sirab ASC

Korporativ Hüquqşunas

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətini həyata keçirmək; Müqavilələri hazırlamaq, təhlil etmək və hüquqi ekspertizadan keçirmək; Müqavilə öhdəliklərinin icrasına hüquqi nəzarət etmək; Korporativ sənədlərin, qərarların, protokolların və etibarnamələrin hazırlanmasını təmin etmək; Əmək qanunvericiliyi üzrə hüquqi məsləhət və dəstək göstərmək; Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə əlaqələri idarə etmək; Məhkəmədənkənar mübahisələrin həllində şirkətin maraqlarını təmsil etmək; Debitor borcların yığılması və problemli borcların hüquqi qaydada həlli prosesinə dəstək göstərmək; Şirkətin satış, distribusiya, təchizat və kommersiya fəaliyyətindən irəli gələn hüquqi məsələləri tənzimləmək; Hüquqi riskləri müəyyən etmək, onların qarşısının alınması üçün təkliflər hazırlamaq; Qanunvericilikdəki dəyişiklikləri izləmək və aidiyyəti struktur bölmələri məlumatlandırmaq. Tələblər Hüquq üzrə ali təhsil; Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi; Azərbaycan Respublikasının mülki, əmək, vergi və kommersiya qanunvericiliyini yaxşı bilmək; Müqavilə hüququ və korporativ hüquq sahəsində praktiki təcrübə; Məhkəmə proseslərində iştirak və hüquqi sənədlərin hazırlanması təcrübəsi; Analitik düşünmə, problem həll etmə və danışıqlar aparmaq bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; Rus və ingilis dili bilikləri üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı. 09:00-17:00 / 5 günlük iş həftəsi İstirahət günü: Şənbə və Bazar günü.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.